18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Avropa Məhkəməsi qərarlarının Azərbaycanda icrası dayandırılacaq? – Yeni qanun layihəsi
İki ildir müzakirəsi təxirə düşən dövlətlərarası orqanın qərarının Azərbaycan tərəfindən icrasının mümkün olub-olmamasına qərar vermə ilə bağlı hüququ nəzərdə tutan qanun layihəsi bu ilin yaz sessiyasında Mİlli Məclisdə (MM) müzakirəyə çıxarılacaq.
Emtv.az-nın məlumatına görə, “İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” Konstitusiya qanunu layihəsi MM-in 2018-ci il yaz sessiyasında işlər planına daxil edilir.
Layihədə Azərbaycanın insan hüquq və azadlıqlarının müdafiəsi üzrə üzv olduğu dövlətlərarası orqanların qərarlarını icra etməsinin mümkün olub-olmamasına baxılması məsələsi əksini tapıb.
Azərbaycan insan hüquq və azadlıqlarının müdafiəsi üzrə BMT, ATƏT, Avropa Şurası, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi və digər beynəlxalq qurumların üzvüdür.
Qeyd edək ki, qanun layihəsi ilk dəfə 17 mart 2016-cı ildə MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılaraq bəyənilsə də, qərar olaraq bildirilib ki, qanunvericilik prinsiplərinə əsasən qanun layihəsi 63 deputatın razılığı olandan sonra MM-in plenar iclasına tövsiyə edilə bilər.
Qanun layihəsinin müzakirəsi o vaxtdan təxirə düşüb.
Emtv.az