18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Yol polisi sürücülərə xəbərdarlıq etdi
Səhər saatlarında yağışlı hava şəraiti ilə əlaqədar yollarda tıxac və maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisələri baş verib. Daha bir hadisə isə Bakı dairəvi avtomobil yolunda qeydə alınıb.
Bu səbəbdən Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi avtomobil yollarında təhlükəsizliyin təmin edilməsi məqsədilə sürücüləri diqqətli olmağa çağırıb.
Emtv.az xəbər verir ki, idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov yerli mətbuata açıqlamasında bildirib ki, hava şəraiti ilə əlaqədar sürücülərə yollarda qeyd edilən sürət həddini aşmamaq tövsiyə edilir:
"Yağmurlu hava şəraitində avtomobillərin sürüşmə ehtimalı daha çoxdur, bu da yol-nəqliyyat hadisəsi ilə nəticələnə bilər. Ümumiyyətlə, sürücülər bu cür hava şəraitində sürət həddini minimuma endirməli, avtomobillər arasında ara məsafəsini normadan artıq saxlamalıdır.
Yağmurlu hava şəraitində sürüşkən yollarda avtomobilin hərəkətə gətirilməsi və ya dayandırılması zamanı sürücülər sürət qutusundan düzgün istifadə etməlidirlər. Xüsusilə paytaxtın enişli-yoxuşlu, sərt döngələrində sürücüləri daha diqqətli olmağa səsləyirik".
Nəzrin Abbaszadə
Emtv.az