SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Cəlilabaddan şikayət: baş həkim tibb bacısını 24 saat işlədir

17-04-2019, 11:21 | Oxunub: 11 086 |

Cəlilabaddan şikayət: baş həkim tibb bacısını 24 saat işlədir

Emtv.az xəbər verir ki,Cəlilabad şəhər sakini, tibb bacısı Ülviyyə Ağayeva çalışdığı rayon Mərkəzi Xəstəxanasının baş həkimindən şikayətçidir. Ü.Ağayeva 2013-cü ilin avqust ayından etibarən həmin xəstəxananın Cərrahiyyə şöbəsində tibb bacısı işlədiyini bildirir.

Ü.Ağayeva yerli KİV-lərə göndərdiyi müraciətində qeyd edir ki, əmək müqaviləsinə əsasən gündəlik 8 saat, həftəlik isə 40 saatdan çox işləməməlidir. Yəni iş müddəti ay ərzində 160 saat olmalıdır. Lakin Ü.Ağayeva işinin 192 saat olduğunu və baş həkimin onu 32 saat artıq işə cəlb etdiyini iddia edir:

“İşlədiyim artıq saatların da məvacibləri verilmir. Bir gündə 24 saat işdə oluram. Bu qanunsuzluqla bağlı baş həkim İlham Əliyevə dəfələrlə müraciət etmişəm.

O isə Əmək Məcəlləsini deyil, özünün prinsiplərinin üstün olduğunu qeyd edir, bu azmış kimi “hara ürəyin istəyir şikayət et, kimsə mənə heç nə edə bilməz” deyərək, məni otağından qovur.

Bununla bağlı Cəlilabad rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Rasim Bəhramova yazılı müraciət etdim, lakin cavabsız qaldı.

Növbəti dəfə həm baş həkimin, həm də həmkarlar təşkilatının qanunsuzluqları ilə bağlı Səhiyyə Nazirliyi Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Respublika Komitəsinə müraciət etdim. Təəssüf ki, bu şikayətim də baş verən qanunsuzluqlara son qoyulmasına səbəb olmadı. İş yerimdə həm həmkarlar təşkilatının sədri, həm də baş həkim tərəfindən təzyiqlərə məruz qaldım və hazırda da bu təzyiqlər davam edir. Hansısa “sehrli əllər” baş həkimi müdafiə edir. Halbuki rayon əhalisini dövlətdən narazı salan odur – baş həkim İlham Əliyev”.

Şikayətçi qeyd edib ki, son ümid kimi məsələ ilə bağlı Prezident İlham Əliyevə yazılı şəkildə müraciət edib:

“Həmin müraciətin surətini səhiyyə naziri Oqtay Şirəliyevə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSM) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbərinə, Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyevə, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovaya da göndərmişəm. Müfəttişlik Xidməti məktubuma cavab olaraq məsələnin araşdırıldığını və bununla bağlı məni region üzrə Dövlət Əmək Müfəttişliyinə dəvət etdilər. Həmkarlar İttifaqı Respublika Komitəsi isə müraciətimə yazılı şəkildə cavab göndərdi ki, Əmək Məcəlləsinin 96-cı maddəsinə əsasən gündəlik işin (növbənin) müddəti 12 saatdan artıq ola bilməz və məsələnin həll edilməsinin nəzarətə götürülməsi Şuranın sədri Rasim Bəhramova həvalə olunub”.

Tibb bacısı Ü.Ağayevanın tələbi ondan ibarətdir ki, pozulmuş hüquqları bərpa olunsun və iş vaxtı qanuna uyğun formada tətbiq edilsin.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mövqeyini öyrəndik. Qurumun mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirdi ki, biz hüquqi dövlətdə yaşayırıq və rəhbər işçi ilə adi işçi arasında olan mübahisəli məsələlər də hüquq müstəvisində həll olunur:

“Şikayətçi xanım bununla bağlı məhkəməyə müraciət edərək öz hüquqlarını bərpa etsin. Çünki 70-dən çox rayon var, hər bir rayon xəstəxanasının da 1400 işçisi var. Hər işçi ilə rəhbər arasında yaranan məsələyə Nazirlik münasibət bildirməli deyil. Biz hüquqi dövlətdə yaşayırıq, əgər o xanım hesab edirsə ki, hüquqları tapdalanıb, o zaman rayon Məhkəməsinə baş həkimdən şikayət versin. Baş həkim də, şikayətçi də Azərbaycan vətəndaşlarıdır. Məhkəmə də Azərbaycan vətəndaşları üçündür, müraciət edib mübahisəli məsələni həll etsinlər”.

Məsələyə baş həkimin münasibətini öyrənmək istədik. Lakin əlaqə saxlamaq cəhdimiz baş tutmadı. Dəfələrlə zəng etsək də məlum oldu ki, baş həkimin mobil telefonu söndürülüb. Rayon xəstəxanasının əlaqə nömrələri isə zəngimizə cavab vermədi.

Daha sonra azadinform onu da qeyd edib ki, şikayətçi Ülviyyə Ağayevanın himayəsində iki azyaşlı övladı var. Uşaqlardan biri sağlamlıq məhdudiyyətlidir.

Mövzunu diqqətdə saxlayacağıq.

Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR