SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Afətin mahnısını oxuduqları üçün işdən qovulan tibb işçiləri ilə bağlı AÇIQLAMA

15-03-2019, 11:04 | Oxunub: 11 503 |

Afətin mahnısını oxuduqları üçün işdən qovulan tibb işçiləri ilə bağlı AÇIQLAMA

Səhiyyə Nazirliyi Şəki Mərkəzi Rayon Xəstəxanasının beş əməkdaşının işdən çıxarılması ilə bağlı məsələyə aydınlıq gətirib.

Emtv.az xəbər verir ki, qurumdan oyerli mətbuata verilən açıqlamada bildirilib ki, onlar işdən müğənni Afət Fərmanqızının mahnısını ifa etdiyi üçün çıxarılmayıblar.

"Bu hadisə Şəki Mərkəzi Rayon Xəstəxanasında baş həkimlə işçilər arasında yaşanan məsələdir. Əgər işçilər hüquqlarının pozulduğunu düşünürsə, aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərlər".

Şəki Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Elçin Əmirov da yayılan söz-söhbətlərə aydınlıq gətirib.

Baş həkim saytımıza açıqlamasında işçilərin ayın 6-da öz ərizələri ilə işdən ayrıldıqlarını deyib:

"Onlar ayın 5-i bu videonu iş saatında cərrahi blokda çəkiblər. Videogörüntüləri özünüz də izləmisiniz. Tibb işçilərinə yaraşan hərəkət deyil. Onları heç kim təhqir etməyib, heç kim təzyiq göstərməyib. Onlar həkim deyil, iki tibb bacısı, üç xadimə olub.

Onları otağa çağırıb məsələyə aydınlıq gətirmələrini istəmişəm. Bildirdim ki, iş saatlarında bu kimi davranışa yol vermək olmaz. Onlar da özləri ərizə yazıb işdən çıxdılar. İndi efirlərə yazırlar, hərəkətlərindən peşman olublar. Bu, sadəcə, məlum hadisəyə ictimai qınaqdır".

Baş həkim həmin işçilərin yenidən işə qaytarılması ehtimalının olub-olmamasına da aydınlıq gətirib. O bildirib ki, bu mümkün deyil

Məsələnin hüquqi tərəflərini saytımıza şərh edən hüquqşünas Günel Səfərova bildirib ki, əmək qanunvericiliyinə görə, məlum videoda heç bir huquq pozuntusu yoxdur:

"Əmək qanunvericiliyində işçinin könüllü şəkildə işdən çıxmasına dair maddə var. Bu maddə hazırda əksər iş yerlərində yaxşı şəkildə istifadə edilir. Çünki könüllü deyil, işə götürən tərəfindən işdən çıxarılan şəxsin məhkəməyə və aidiyyəti orqanlara müraciət etmək hüququ yaranır.

Hazırda onların məhkəməyə müraciət etmək hüququ və məsələni aydınlaşdırmaq haqları var. Ancaq burada bir məsələ var. Həkimlərin, eləcə də müəllimlərin xüsusi davranış, etik kodeksləri var. Videonun hansı məkanda çəkildiyini dəqiq bilmək olmur.

Arxada xəstələr yoxdur. Bu, sadəcə, əyləncə xarakterli video olub. Qanunla burada heç bir pozuntu yoxdur. Yaxşı olardı ki, insanların sağlamlığına ziyan vuran həkimlərə bu cür sərt cəzalar tətbiq edilsin, nəinki bu kimi hallara".


Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR