SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanın "SİPARK" ZÜLMƏTİ...

17-04-2019, 10:52 | Oxunub: 10 159 |

Azərbaycanın "SİPARK" ZÜLMƏTİ...

"Şərurlu İsfəndiyar”la bərabər son vaxtlar gündəmdən düşməyən daha bir tikinti maqnatı "Sipark” tikinti şirkətinin rəhbəri Seymur İsayevdir. 2019-cu il başlayandan onun adı ən müxtəlif qalmaqallarda hallanmağa başladı.

Emtv.az xəbər verir ki, S. İsayevin adı ilk olaraq müğənni Damla ilə sevgili olması haqda xəbərlə həftələrlə medianın və sosial şəbəkələrin gündəmi oldu. Bu xəbərin səs-küyü tam sakitləşməmiş şirkət başqa bir mövzu ilə özünü "gündəmdə saxlamağı bacardı”.

Məlum olub ki, "Sipark” şirkəti ilə "Baku Art Lab" şirkəti arasında reklam anlaşması olub. Bu anlaşmaya əsasən "Sipark” şirkətinin Azad Azərbaycan Televiziyasında reklamı getməli idi. İlkin razılaşma olur və reklam 9 həftə davam edir. Bu barədə məlumatı "Baku Art Lab" şirkətinin rəhbəri də təsdiq edib.

Onun sözlərinə görə, razılaşma olunduqdan sonra müqaviləni imzalanması üçün müraciət olunub:"Biz müqavilə üçün müraciət etdik, dəfələrlə "Sipark” şirkətinin əməkdaşları heç bir problemin olmadığını, sadəcə zaman baxımından rəhbərliyin başı qarışıq olduğunu deyirdilər. Reklamın keyfiyyəti, təsiri, təsviri və digərə texniki elementləri ilə bağlı isə heç nə demirdilər. Sadəcə, mütəmadi olaraq hər şey yaxşıdır, əməkdaşlığa davam edirik, müqaviləni də rəhbərliyin başı açılan kimi həll edəcəyik deyirdilər.

Proses bu formada 9 həftə davam etdi. Ondan sonra mən 14000 azn və 1750 azn, bütövlükdə 15750 manat vəsait ödənilməli olduğunu dedim. Bu zaman oranın əməkdaşları müqavilə yoxdur, reklam xoşumuza gəlmədi dedilər. Biz birinci dəfə idi ki, bu formada biabırçılıqla rastlaşırdıq”.

Beləliklə şirkət prodakşının pulunu ödəməkdən imtina edib.

Bu haqda "Sipark” da açıqlama yayıb. Onlar "Baku Art lab" adlı prodakşının iddialarının əsassız olduğunu bildiriblər. ""Baku Art Lab" adlı prodakşının qaldırdığı əsassız ittihamlara gəlincə, adıçəkilən şirkət "Sevgi naminə” adlı serialın çəkilişləri üçün əməkdaşlıqla bağlı "Sipark"a müraciət edib. "Baku Art Lab" nümayəndəsinə "Sipark" nümayəndəsi tərəfindən bildirilib ki, əməkdaşlıq yalnız reytinq üzərində qurula bilər. Belə ki, serial efirlərdə reytinq qazanarsa, rəsmi əməkdaşlıq müqaviləsi bağlaya bilərik. Bununla belə serialın çəkilişləri üçün şirkət məkan və avtomobil dəstəyini "Baku Art Lab"dan əsirgəməyib. Təəssüflər olsun ki, sözügedən serial elə ilk həftədən uğursuz nəticə göstərdiyinə görə əməkdaşlıq şirkət tərəfindən rəsmiləşməyib. Yəni, "Baku Art Lab" və "Sipark İnşaat" arasında reklam əməkdaşlığını təsdiq edəcək heç bir rəsmi müqavilə yoxdur”. (red.: Açıqlamada reklam vermələri de-fakto etiraf edilir və reytinq məsələsi nədənsə 9 həftə sonra üzə çıxır)

Və gözlənilən son. Şirkətin telekanalda aparılan 9 həftəlik reklamı üçün bir qəpik ödənilmir...

S. İsayevin daha bir qalmaqalı isə AMEA-nın əməkdaşlarının ev problemində hallanmışdı. O zaman şirkətinin adı "Evrostroy-S” idi. Sonradan mənfi imici yarandığı üçün şirkətin adını dəyişdirərək "Sipark İnşaat” etdi.

Daha sonra yeni sabah onu da qeyd edib ki,bütün bunları ona görə xatırladırıq ki, təəssüf ki, bu gün Azərbaycanda sadə vətəndaşlar üçün problem təkcə məmurlar deyil, həm də bu məmurlara arxalanaraq qanunlara məhəl qoymayan iş adamlarıdır. Tikinti sahəsində isə narazılıq dözülməz həddədir.Məhz bunun nəticəsidir ki, bir neçə ay əvvəl Prezident Administrasiyasına edilən şikayətlərin statistikası açıqlanmışdı. Bu statistikada tikinti şirkətləri ön yerlərdən birini tuturdu. Problemləri isə məhkəmə yolu ilə ədalətli həlli mümkün deyil. Buna "Şərurlu İsfəndiyar”la bağlı qalmaqalda şahid olduq...


Aynurə Kərimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR