SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Alimlərin evin yıxan “Sipark”ın Çovdarovla müdhiş işbirliyi: - Famil Xəlilov kimdir?

1-03-2019, 10:58 | Oxunub: 15 195 |

Alimlərin evin yıxan “Sipark”ın Çovdarovla müdhiş işbirliyi: - Famil Xəlilov kimdir?

Prezident İlham Əliyevin sərəncamı ilə AMEA-nın Aspirantlar yataqxanasında məskunlaşmış alimlər üçün tikilmiş binanın 55 mənzili AMEA və “Evrostroy-S” MMC (indiki adı indiki adı “Sipark İnşaat”) tərəfindən adı siyahıda olmayan şəxslərə satılıb.

Emtv.az xəbər verir ki, bu barədə AMEA-nın Aspirantlar yataqxanasında məskunlaşmış sakinlər şikayət məktubu göndəriblər.

Sözügedən şikayət məktubunda deyilir: “AMEA-nın cüzi maaşı ilə bir ömür yataqxanada yaşayan sakinlərin həyatının dəyişməsi üçün möhtərəm Prezidentimizin humanistlik göstərərək verdiyi göstəriş hələ də kağız üzərində qalır. Əsasən son iki ildə AMEA və “Evro Stroy-S” MMC tikinti şirkətinin Bakı şəhər Şərifzadə 12 ünvanında yerləşən yataqxananın sakinlərinin mənzil almaq hüququnu pozaraq, onları evsiz qoyub dövlət orqanlarının qapılarında süründürürlər. 20 ildən artıq yaşadığımız həyəti darmdağın edib yerində 5 bloklu 4 bina tikib milyonlar qazanan şirkət və AMEA rəhbərliyi bizim mənzillərimizi mənimsəyib. Yataqxana sakinlərinin köçürülməsi üçün nəzərdə tutulmuş 2 blokdan 128 mənzildən ibarət binanı öz aralarında sövdələşərək satışa çıxarıblar. Sakinlərin bir qismini qanunla onlara aidiyyat olmayan binada mənzillə təmin edib, bir qisminə isə şəhərdən kənarda Masazırdan, Xırdalandan, Buzovnadan daha az sahəli mənzillər təklif ediblər və bəzilərinə də daha irəli gedərək mansard qatlardan mənzil verib, bu minvalla bizi də evsiz qoyublar.”

Emtv.az xəbər verir ki,yerli mətbuat “Evrostroy-S” MMC-nin kimə məxsusluğunu araşdırarkən maraqlı məqamlar ortaya çıxarıb. Beləki sözügedən inşaat şirkətinin sən demə Akif Çovdarovla əlaqəsi varmış. MTK sahibi olan əslən şəmkirli Famil Xəlilov sonradan Şirkətin adını dəyişərək “SiPark inşaat” qoyur. Bununla da o həm alimlərə uddurduğu qandan yaxa qurtarmağa çalışır, həm də Akif Çovdarovla bağlılığını ört-basdır etmək istəyir. Akif Çovdarovla bağlılığa gəlincə isə hələ illər öncə mətbuatda dərc olunmuş ilginc bir fakta nəzər salaq:

“Şəbnəm Tovuzlu MTN-ə niyə aparılıb?

Yerli mətbuatın xəbərinə görə məlum olmuşdu ki, Əsədova bir müddət öncə Çovdarovun yaxın dostu olan Famil adlı şəxsin sifarişiylə saxlanılıb. Araşdırmalarımız zamanı o da məlum olub ki, bu şəxs uzun müddət Şəbnəm Əsədova ilə vətəndaş nikahında yaşayıb və məhz sənətçini qısqandığından belə bir addım atıb. Belə ki, Əsədovanın davranışları son zamanlar sevgilisində şübhələr yaratdığından və onun həyatında başqa birinin olduğunu düşündüyündən dostu Çovdarovdan bu cür xahişdə bulunub. Çovdarov isə dostunun sözünü yerə salmayıb. Mətbuatda kifayət qədər geniş səs-küy yaradan həmin məlumatda deyilir ki, Sonradan Əsədova Famil adlı şəxsə “ağıllandığı” barədə xəbər göndərib və məhz bundan sonra Çovdarovun tapşırığıyla sərbəst buraxılıb.”

Burada adıkeçən Famil məhz “Sipark İnşaatın” sahibi həmin Famil Xəlilovdur ki, alimlərin evlərini sataraq əldə etdiyi pulları Şəbnəm və onun kimilərə xərcləyir. Araşdırmamız zamanı o da üzə çıxdı ki, Famıl Xəlilov Şəbnəmdən ayrılandan sonra şakərindən əl çəkmir. Belə ki, o bu dəfə Şəbnəmə “gözdağı” vermək üçün özünə yeni müğənni məşuqə tapır. Gələn xəbərlərdə bildirilir ki, Famil Xəlilov indidə alimlərin evini sataraq əldə etdiyi pulla Vəfa Şərifovanı saxlayır. Hətta bu barədə hələ ötən il adıçəkilən Müğənnilər arasında “dava” da olmuşdu.

“Vəfa Şərifova ilə Şəbnəm Tovuzlu aralarında “kişi”ni bölə bilmədilər

ARB Tv-də yayımlanan “Səhər-səhər” verilişində gərgin anlar yaşanıb. A24.Az xəbər verir ki, Şəbnəm Tovuzlu Vəfa Şərifov gərginliyinə İsa Şükürov münasibət bildirib. O: “Şəbnəm xanım sizin adınızı çəkmirdi. Siz olmuyan müharibəni alovlanırdız. Heç kim sizin sözünüzə əlavə etmir. Mən hətta eşitmişəm ki, bu iki şəxs arasındakı münasibət bəy məsələsinə görə korlanıb. Lakin Şəbnəm xanım bu məsələdə fərqli mövqe tutdu” deyə fikrini bildirib. Buna cavab olaraq isə Vəfa Şərifova cavab verib. O:” Yox belə bir şey yoxdur. Sadəcə mənim keçmişimlə bağlı danışmışdı. Məsələ bu idi. Onun da həyatında bir bəy var, mənim də həyatımdakı şəxs ayrıdır” deyə cavab verib.”

Nəzrin Abbaszadə
Emtv.az


OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR