17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Soğanın qiyməti ucuzlaşmayacaq - SƏBƏB
"İranda iqlim şəraiti dəyişmədikcə, soğanın qiyməti baha olacaq".
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bunu İranın şərqində yerləşən Rəzəvi Xorasanı vilayəti Kənd Təsərrüfatı İdarəsinin rəhbəri Nəcəfqulu Salehi deyib.
N.Salehinin sözlərinə görə, İranda soğanın yetişdirilməsində hər hansı problem yoxdur. Yeganə problem yağıntılardır və bu, soğanın yığımına mane olur.
İranın kənd təsərrüfatı nazirinin müavini Abbas Keşavərz isə kənd təsərrüfatına dəyən ziyanın detallarına aydınlıq gətirib.
A.Keşavərzin sözlərinə görə, sel və daşqınlar təxminən 1 milyon hektar sahəyə ziyan vurub.
Nazir müavini bildirib ki, Xuzistan, Lorestan, Gülüstan, Mazandaran, İlam və Kirmanşah vilayətlərinin bağ və əkin ərazilərinə ciddi şəkildə ziyan dəyib.
İranda mart ayının ortalarından başlayan yağıntılar soğan və kartof kimi kənd təsərrüfatı məhsullarının bahalaşmasına gətirib çıxarıb. Belə ki, soğan 150 min riala (təxminən 3,57 dollar) bahalaşıb. Bununla əlaqədar İranın Sənaye, Mədən və Kənd Təsərrüfatı Nazirliyi aprel 4-dən soğanla yanaşı, kartofun da ixracına qadağa tətbiq edib.
Nəzrin Abbaszadə
Emtv.az