18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Soğan ucuzlaşdı, pomidor bahalaşdı
İranda son günlər soğanın ixracına tətbiq olunan qadağa bu məhsulun 40% ucuzlaşmasına gətirib çıxarıb.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bunu Tehran Meyvə və Tərəvəz Satıcıları Assosiasiyasının direktoru Həsən Sabiri Herəndi açıqlamasında deyib.
S.Herəndinin sözlərinə görə, əvəzində pomidora tətbiq olunan ixrac qadağasının aprelin 4-dən ləğv edilməsi ilə bu məhsulun qiyməti 2 dəfə artıb.
Direktor əlavə edib ki, meyvə-tərəvəz bazarlarında 1 kiloqram pomidorun qiyməti 50 min riala (təxminən 1,19 dollar) bahalaşıb.
S.Herəndinin sözlərinə görə, 1 kiloqram pomidorun qiyməti ixrac qadağası ləğv olunanadək 20 min rial (təxminən 0,47 dollar) idi.
Qeyd edək ki, İranda son vaxtlar bahalaşma ilə əlaqədar İranın Sənaye, Mədən və Ticarət Nazirliyi bazarı tənzimləmək məqsədilə soğanla yanaşı, kartofun da ixracına qadağa tətbiq edib.
Nəzrin Abbaszadə
Emtv.az