SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

"Sumqayıtdan olan futbolçular yanıma gəlirdilər" - Samiraldo

15-04-2019, 15:40 | Oxunub: 14 778 |

"Sumqayıtdan olan futbolçular yanıma gəlirdilər" - Samiraldo

Futboldan kənar sahələrdən olan tanınmış şəxslərlə müsahibələrimiz davam edir.

Emtv.az xəbər verir ki, daim maraqlı açıqlamaları, paylaşımları ilə diqqətləri üzərinə çəkən tanınmış stilist Samiraldo idmanla bağlı fikirlərini yerli KİV-lərlə paylaşıb.

- İdmanla aranız necədir?

- Mən idmanın ancaq bir növünü sevirəm, o da bal rəqsləri. İllərlə məşğul olmuşam. Hətta çempion da olmuşam. Neçə vaxtdı atmışam deyə çəkim də artıb. İdman yaxşı məşğuliyyətdi. Ancaq hər insanın ruhuna uyğun idman növü var. Məsələn, mən işimi-gücümü atıb saatlarca futbol matçlarına baxa bilmərəm. Buna səbrim çatmaz. Futbol ilə bağlı anlayışım da yoxdu, marağım da yoxdu. İnsanlar var ki, həyatlarını futbola həsr edirlər. Tək futbol yox, döyüş növləri ilə də heç vaxt maraqlanmamışam, məşğul olmamışam. Mənim ruhuma uyğun olan ancaq bal rəqsləridir.

- Yəni, həyatınızda heç vaxt bir oyunluq da olsa futbol matçı izləməmisiniz?

- Oyyy... İzləmişəm. Dünya çempionatını. Bildiyiniz kimi, mən imicmeykerəm. İllərin stilistiyəm. Futbolçulara manken kimi baxmışam. Dünyaca məhşur futbolçuların saç düzümlərindən, onların imiclərindən oğurlamışam. Və bu imicləri müştərilərimin üzərində tətbiq edib pulumu qazanmışam. Yəni, buna görə futbola baxmışam.

- Hansı futbolçunu yaraşıqlı, xarizmatik hesab edirsiniz?

- Əvvəl Ronaldonu çox bəyənirdim. İndi isə Messini. Baxır da, baxır... Bizimkilərdən var idi. Adları yadımdan çıxıb. Ancaq bizimkilərdən də yaraşıqlı olanlar var. Düzdü, bizimkilər elə də ucaboylu deyil, amma yaraşıqlı uşaqlarımız var. Əsasən Sumqayıtdan olan futbolçuları tanıyıram. Onlar yanıma gəlirdilər. Çox yaraşıqlı olanları var.

Bir məqamı da qeyd edərdim. Bizim futboçularda komplekslər var. Tək onlarda yox, cəmiyyətdə komplekslər var. Niyə belə etdi və s. tipli qınaqlar. Dünyada isə belə şey yoxdu.

- Misal üçün, sizə yen imic üçün müraciət edən futbolçular nəyə kompleks edirlər?

- Deyir sabah oyunumuz var, daha fərqli, diqqət cəlb edən görsənmək istəyirəm. Bildiyiniz kimi, futbolçular meydanda hamısı eyni geyimdə olur deyə, daha çox saç düzümü, saqqalla diqqətdə ola bilirlər. Mən təklif etmişəm ki, saçınızın rəngini göy, qırmızı edək. Onlar deyiblər ki, "yox, yox, yox". (gülür)...Ancaq saç kəsimlərində problem olmayıb. Sadəcə rəngləmə də problem olub.

- Hər kəsin uşaqlıqda futbolla bağlı xatirələri var. Sizin ayağınıza heçmi top dəyməyib?

- Heç vaxt futbol oynamamışam. Uşaqlar gedib oynayırdılar. Mən pəncərədən belə baxmırdım. Futbola baxınca, rumba, ça-ça-ça, tanqo oynayardım. O vaxtı indiki kimi "youtube" yox idi. Musiqi ilə özüm ritm tutub, rəqs edirdim.

- Belə başa düşdüm ki, kobud idman növləri Samiraldoya görə deyil...

- Yox, yox. Mən özüm də kobud insan deyiləm axı. Baxmayaraq ki, bu həyatda, bu cəmiyyətdə kobud olmalısan. Ancaq mən kobudluğu öz həyatıma aşılamadım. İstəsəm ola bilərəm. Ancaq alınmır. Mən kobudluq eləsəm belə, elə düşünürlər ki, zarafat edirəm, şirin alınır. (gülür)...

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR