18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"Həmin videonu mən çəkməmişəm" - Xalidə Bayramova danışdı
162 saylı məktəbin şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı Səbail rayon icra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova Bakı Şəhər Prokurorluğunda ifadə verməsi ilə bağlı xəbərə münasibət bildirib.
Emtv.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı yerli mətbuata açıqlama verən Səbail rayon icra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova Bakı Şəhər Prokurorluğuna getməsini təsdiqləyib:
"Bəli prokurorluğa getmişəm. Bəzi sənədlər tələb olunurdu. Həmin sənədləri təqdim etmək üçün prokurorluğa getmişəm. Onu qeyd edim ki, sosial şəbəkələrdə yayılan videonu mən çəkməmişəm. Bu barədə prokurorluqda istintaq bitəndən sonra ictimaiyyətə daha geniş açıqlama verəcəm".
Qeyd edək ki, Əməkdar artist Röya Ayxan 162 saylı məktəbdə intihar edən Elina Hacıyeva ilə bağlı paylaşım edib. Müğənni instaqram səhifəsində məktəblinin intihardan sonrakı videosunu yayıb. Röya qeyd edib ki, E. Hacıyeva ilə söhbət edən xanım Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramovadır.
Nəzrin Abbaszadə
Emtv.az