SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

“DİREKTORLARIN ARXASINDA DEPUTATLAR VƏ MƏMURLAR VAR” – “Belələri özbaşınalıq edir”

15-04-2019, 11:18 | Oxunub: 14 392 |

“DİREKTORLARIN ARXASINDA DEPUTATLAR VƏ MƏMURLAR VAR” – “Belələri özbaşınalıq edir”

“162 saylı məktəbdə baş verən intihar hadisəsi orta təhsil sistemini silkələdi. Bu və buna bənzər hadisələrin qarşısının alınması üçün bir sıra qabaqlayıcı tədbirlər görülməlidir”.

Bunları tanınmış təhsil eksperti Etibar Əliyev Bakıda 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharı hadisəsinin ortaya çıxardığı problemlərə həsr etdiyi “Facebook” statusunda yazıb.

Ekspert bənzər hadisələrin təkrarlanmaması üçün təkliflərini aşağıdakı kimi sıralayıb:

– Bütün məktəb direktorlarının bioqrafiyaları yenidən araşdırılmalıdır;

– Məktəb direktorlarının böyük əksəriyyətinin arxasında duran deputatlar və məmurlar var. Həmin məktəb direktorları daha çox özbaşınalıq edir və məktəbdə ayrıseçkilik mühiti yaradırlar. Məlum oldu ki, 162 saylı məktəbin direktorunun arxasında Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova durub.

– Orta məktəblər üçün keçirilən qrant layihələrinin monitorinqi aparılmalıdır, bu sahədə ciddi qüsurlar mövcuddur;

– Məktəb direktorlarının seçimi qapalı həyata keçirilməməlidir, bu prosesə ictimaiyyətin nümayəndələri cəlb olunmalıdır;

– Məktəblərdə təlim-tərbiyənin yeni metodları işlənməlidir;

– Məktəblərdə təhsilin keyfiyyətinin qiymətləndirmə mexanizmləri işlənməyib. Təcili olaraq bu prosesə başlamaq lazımdır. Yalnız bunun vasitəsilə direktorların işinə qiymət vermək mümkün olacaq;

– Təlim-tərbiyə və uşaq psixologiyası ilə bağlı broşurlar çap olunub məktəblərə paylanmalıdır.

– Məktəblərin cəmiyyətə açıq olması istiqamətində işlər gücləndirilməlidir.

Daha sonra azpolitka onu da qeyd edib ki,məktəblər dezinformasiya məkanına çevrilib. Son hadisələrlə bağlı yazılan yazıların əksəriyyəti dezinformasiyalara söykənirdi. Gözlənilir ki, 162 saylı məktəblə bağlı aparılan istintaq cəmiyyəti heyrətə gətirəcək xeyli faktlar ortaya çıxaracaq.

P.S. Məktəb mühitinin dağıdılması və kollektivdə inamsızlıq yaradılmasına dair nümunə: Məktəb tariximizdə özünəməxsus yer tutan “Zəngi” liseyinin yaradıcısı Bayram Heydərov dünyasını dəyişəndən sonra onun yerinə reputasiyası korlanmış təqaüdçü Almaz Əsgərovanın təyinatına ehtiyac var idimi?”


Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR