SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

"Azərbaycan beynəlxalq sülhə töhfə vermək üçün bütün qlobal platformalarda fəal iştirak edir"-Baş nazir

15-04-2019, 11:05 | Oxunub: 11 271 |

"Azərbaycan beynəlxalq sülhə töhfə vermək üçün bütün qlobal platformalarda fəal iştirak edir"-Baş nazir

"Azərbaycanın xarici siyasəti bütün ölkələrlə qarşılıqlı səmərəli və faydalı əməkdaşlıq prinsipinə əsaslanır".

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bunu Baş nazir Novruz Məmmədov Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransda çıxışı zamanı deyib.

N.Məmmədov bildirib ki, Azərbaycan beynəlxalq sülhə töhfə vermək üçün bütün qlobal platformalarda fəal iştirak edir: "Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrilib. Ölkə ABŞ-ın antiterror əməliyyatına qoşulanlardan biri olub. Azərbaycan və ABŞ səmərəli əməkdaşlıq edir".

Baş nazir vurğulayıb ki, Azərbaycanın həyata keçirdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TAP kimi böyük enerji layihələri dünyanın enerji xəritəsini dəyişib: "Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır".

N.Məmmədov əlavə edib ki, narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsi dünyanı narahat edən ən ciddi problemlərdən biridir. "Narkotiklərin qanunsuz dövriyyəsi həm də terrorizmin maliyyə mənbəyi kimi beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər törədir. Azərbaycan bu bəlanın ölkəmizdə yayılmasına qarşı qətiyyətli mövqe nümayiş etdirir, narkotiklə mübarizəni prioritet istiqamət kimi müəyyən edib, bu sahədə müvafiq beynəlxalq konvensiyalara qoşulub. Bu istiqamətdə hüquq mühafizə orqanları qarşısında ciddi vəzifələr qoyulub. Son 5 il ərzində Azərbaycanda 8 ton 354 kq narkotik vasitə dövriyyədən çıxarılıb".

Baş nazir həmçinin qeyd edib ki, 25 ildən çoxdur ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayon işğal ermənilər tərəfindən olunmuş ərazində narkotiklərin qanunsuz dövriyyəsi beynəlxalq terrorizm və narkotiklərin qanunsuz dövriyyəsi üçün səmərəli şərait yaradır.

Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR