18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
2019-cu ilin aprelində Bakı daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin narkotiklərlə mübarizə üzrə beynəlxalq konfransı Bakıda keçiriləcək.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, Baş nazirin müavini Əli Həsənov bu gün Bakıda keçirilən BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə Alt Komissiyasının 53-cü sessiyası zamanı bildirib.
Onun sözlərinə görə, bu barədə konfrans təşkilatçıları Azərbaycan prezidentinə müraciət edib: "Cənab prezident bu konfransın keçirilməsinə razılıq verib. 2019-cu il aprelin 16-18-də konfransın Bakıda keçirilməsi qərara alınıb. Artıq bununla bağlı təşkilat komitəsi də yaradılıb. Tədbirdə 120 dövlətdən 500-ə qədər nümayəndə olacaq. Tədbirdə bəzi ölkələrin başçıları da iştirak edəcək".
Ə.Həsənov bildirib ki, bu gün Azərbaycan bütün beynəlxalq təşkilatların diqqət mərkəzində olmaqla beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib.
Aynurə Kərimli
Emtv.az
Paylaş.