17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Uşağı müəllim döyməyib, yıxılıb başı dəyib” - Rəsmi açıqlama - YENİLƏNİB
13:15
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Qaradağ rayonu, Qobustan qəsəbəsində 321 nömrəli məktəbdə müəllim şagirdi döyüb xəstəxanalıq etməsi ilə bağlı xəbərə münasibət bildirib.
Emtv.az bildirir ki, qurumdan yerli mətbuara daxil olan məlumata görə, aprelin 12-si saat təxminən 11:30 radələrində məktəbin VII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) riyaziyyat dərsində özünü pis hiss edib və yıxılıb. Şagirdin halı pisləşdiyi üçün başı dəyib.
Sinif rəhbəri şagirdin doğma xalasıdır. Hadisə olan kimi dərhal valideynə də məlumat verilib.
Məktəbə təcili-tibbi yardım çağırılıb. Şagirdin atası da uşaqla xəstəxanaya gedib. Məktəb rəhbərliyi tərəfindən valideyn ilə əlaqə saxlanılıb, şagirdin halının yaxşı olduğu bildirilib.
Qeyd edək ki, şagirdin güclü baş ağrıları olduğu üçün valideyn dəfələrlə bununla bağlı həkimə müraciət edib.
Onu da qeyd edək ki, məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılır. Araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək.
13:11
Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində 321 nömrəli məktəbdə müəllim şagirdi döyüb.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, xəsarət alan şagird Aqşin Hüseynov təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib. Şagirdə kəllə-beyin travması diaqnozu qoyulub. Məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov təsdiqləyib.
12 yaşı olan məktəbli 7-ci sinifdə oxuyur. Onu döyüb ağır xəsarət yetirən müəllimin adı hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
12:09
Bakıda 12 yaşlı şagird müəllim tərəfindən döyülüb.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən 321 nömrəli məktəbdə qeydə alınıb. Məktəbin müəllimi şagirdi döyüb. Döyülən şagird xəstəxanaya yerləşdirilib.
Səhiyyə Nazirliyindən sözügedən sayta bildirilib ki, xəsarət alan uşaq təcili tibbi yardım maşını ilə Klinik Tibbi Mərkəzə gətirilib. Ona kəllə beyin travması diaqnozu qoyulub.
Aysu Əliyeva
Emtv.az