17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakıda şagird məktəbin pəncərəsindən özünü yerə atıb - TƏFƏRRÜAT - YENİLƏNİB
15:20
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, şagird özünü məktəbin 3-cü mərtəbədən atmasının bəzi detalları məlum olub.
Hadisə şahidlərinin sözlərinə görə, bu qız əvvəllər də bir neçə dəfə intihara cəhd edib: "Qızı təcili yardımla xəstəxanaya apardılar. Bir də gördük ki, valideynləri qaça-qaça gəldi. Qızın xəstəxanada olduğunu eşidən kimi çıxıb getdilər. Bəlkə də, çox şagirdin onunla danışmaması qıza pis təsir edib".
Daha sonra məktəbin mühafizə xidməti küçədəki bütün uşaqlara hadisəylə bağlı tanımadığı adamlarla danışmamağı tapşırıb. Uşaqlar deyirlər ki, onlara qızın başının gicəlləndiyini və pəncərədən yıxıldığını söyləməyi tapşırıblar.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məktəbli hazırda reanimasiyadadır. Ona çanaq sümüyünün sınığı, döş qəfəsinin əzilməsi, yumşaq toxumaların və ağciyərin əzilməsi diaqnozu qoyulub. Vəziyyəti ağırdır.
14:38
Bakıda 162 nömrəli məktəbdə şagird məktəb binasının üçüncü mərtəbəsindən yerə düşüb.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, səkkizinci sinif şagirdinin intihara cəhd etdiyi iddia olunur.
İlkin məlumata görə, hadisəyə səbəb məktəblinin ailəsində yaşanan problemlərdir.
Məsələ ilə bağlı məktəbdən saytımıza verilən məlumatda isə bunun bədbəxt hadisə olduğu bildirilib. Hadisə nəticəsində şagirdin ayağı sınıb. O, 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.
13:35
Bakıda özünü məktəbin pəncərəsindən atan yeniyetmə xəstəxanaya yerləşdirilib.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, 2004-cü il təvəllüdlü Y.Hacıyeva reanimasiya şöbəsinə yerləşdirilib.
Onun xəsarətləri qabırğaların və çanaq sümüyünün sınıqlarıdır. Hazırda xəstə nəzarət altındadır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov Trend-ə deyib ki, məsələ ilə hüquq-mühafizə orqanları məşğuldur.
Qeyd edək ki ki, bu gün Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi özünü məktəbin 3-cü mərtəbəsindən atıb.
Sevinc Əlimova
Emtv.az