18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Zelenski canlı efirdə Poroşenkoya əsəbiləşib telefonu bağladı
Ukrayna prezidenti Petro Poroşenko "1+1" telekanalında yayımlanan "Pravo na vladu" proqramında qonaq olub.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Poroşenko prezidentliyə namizəd, rəqibi Vladimir Zelenskini efirdə debata çağırıb.
Bu məqamda aparıcı Natalya Moseyçuk şoumenin proqrama gəlib-gəlməyəcəyini aydınlaşdırmaq üçün ona zəng edib. Canlı efirə bağlanan Zelenski Fransaya uçduğunu, buna görə də verilişə qatıla bilməyəcəyini deyib. Lakin o, telefonla müzakirəyə qoşulub.
Daha sonra tərəflər arasında mübahisə düşüb. Belə ki, Zelenski günlərdir müzakirə olunan "Olimpiya" stadionunda keçirilməsi planlaşdırılan debatı 19 apreldə reallaşdırmağı təklif edib.
Bir-birinin ünvanına ittihamlar səsləndirən rəqiblər debatın tarixini razılaşdıra bilməyiblər. Nəticədə, Zelenski Poroşenko ilə telefon danışığını sərt şəkildə kəsib.
Nəzrin Abbaszadə
Emtv.az