18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Ukraynada prezidentliyə namizədlərin debatının keçirilmə tarixində fikir ayrılığı yaranıb
Deyilən tarixdə və məkanda Poroşenko ilə debata hazıram, orada bütün suallarımı ünvanlayacağam.
Emtv.az xəbər verir ki, bu sözləri Ukraynada prezidentliyə namizəd Vladimir Zelenski rəqibi Petro Poroşenko ilə Kiyevin mərkəzi “Olimpiya” stadionunda debatın keçirilməsinə razılıq verərək deyib. O, debatın aprelin 19-da keçirilməsini təklif edib.
Ukrayna prezidenti Petro Poroşenko isə debatın aprelin 14-də keçirilməsini istəyir. “Aprelin 14-də Zelenskini “Olimpiya” stadionunda gözləyirəm.
Düşünürəm ki, debatın axşam 19:00-da başlaması münasib vaxtdır. Mən bütün vətəndaşları, telekanalları, KİV nümayəndələrini debata dəvət edirəm”, - deyə P.Poroşenko “Ukrayna” telekanalına müsahibəsində bəyan edib.
Xatırladaq ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.
Sevinc Əlimova
Emtv.az