SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Qəhvəyi ləkələrin sirri - Müalicəsi varmı?

11-04-2019, 17:39 | Oxunub: 12 708 |

Qəhvəyi ləkələrin sirri - Müalicəsi varmı?

Bir çox insanlarda yaş irəlilədikcə əllərin, üzün, qolların dərisində irili -xırdalı qəhvəyi ləkələr formalaşır. Bəziləri bunu yaşlanmanın əlaməti kimi normal qarşılayır, bəziləri isə qorxur, kompleks keçirir və müalicə yolları axtarır.

Emtv.az yerli mətbuata istinadən dəridə tünd qəhvəyi ləkələrin yaranma səbəbləri və müalicə metodlarını təqdim edir.

Bu ləkələr melaninin normadan çox sintezi nəticəsində meydana gəlir. Bu piqment gözlərə, saçlara, dəriyə rəng verir.

Bəs nəyə görə əvvəl ləkəsiz olan dəridə müəyyən zamand belə ləkələr yaranır?

-Ətraf mühit, iqlim, günəş təsiri - Ultrabənövşəyi şüaların təsiri, solyariy, qaralma melanin sintezini pozur.
-Hormonal disbalans - hamiləlikdə çox qadınlarda bu ləkələr yaranır. Amerika Dermatologiya Akademiyasının məlumatına görə, hormonal statusun dəyişməsi melanodermiyanın- dəridə həddən artıq çox melaninin toplanmasına səbəb olur.


-Bir çox dərmanların əks-təsiri - adətən qeyri-steroid preparatlar, antibiotiklər, tetrasiklin, psixotrop dərmanlar belə ləkələr yaradır.

-Eləcə də dəri travması, iltihabi proseslərdən sonra da ləkələr qalır.
Amma bu ləkələr bir müddətdən sonra gedir.


-Şəkərli diabet - bu xəstələrdə diabetik dermopatiya yaranır.

Həkimlər bildirir ki, ləkərin rəngi, nə dərəcədə tünd olması pasiyentin yaşı və dərisinin tonusundan asılıdır.
Əgər ləkə çox tünd deyilsə, 12 ay ərzində itə bilər.


Müayinə və müalicə

Qəhvəyi ləkələr üçün kosmetola yox, dermatoloqa müraciət olunmalıdır. Diaqnostika üçün xüsusi lampa, böyüdücü şüşə, analizlər, testlər istifadə olunur. Əgər ləkələrin səbəbi ciddi pozulma, xəstəlik deyilsə, sırf estetik həlli üçün dermatoloq ağardıcı kremlər, mazlar, lazer təyin edə bilər. Tünd ləkələrin aradan qaldırılması üçün impulslu işıq lazerindən istifadə olunur.

Mikrodermabraziya - xüsusi aparatla dərinin xarici qatını soymaqla yeni kollagen sintezine nail olub, ləkəni yox etməyə kömək edir.

Krioterapiyada - dərinin üst qatına soyuq maye azotla təsir olunur. Bu zaman dəri yenilənir.
Aptek mazları içərisində isə hidroxinon tərkibli mazlar seçilir ki, bunlar da melanin sintezini azaldır.


Profilaktika üçün yaz aylarından payızın sonuna kimi günəşdən qorunmaq və açıq dəri səthinə SPF kremlər çəkmək, akne, sızanaqlı dərinin mexaniki zədələnməsinin qarşısını alıb, peşəkar dermatoloqda müalicə etmək, keyfiyyətli kosmetika və kremlərdən istifadə lazımdır.

Bəzən tünd ləkəni melanomadan ayırd edə bilmirlər. Çünki dərinin rənginin dəyişməsi dəri xərçənginin də əlaməti ola bilər. Əgər həmin yeri basanda ağrı varsa, ləkənin ətrafı qanayırsa, qaşınırsa, rəngini, ölçüsünü dəyişirsə, mütləq onkoloq dermatoloqa üz tutun.


Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR