17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
QOCALMANIN QARŞISINI ALAN 6 ƏN YAXŞI VASİTƏ
Orqanizmin qocalması təbii prosesdir. Bu prosesi dayandırmaq mümkün olmasa da, xeyli ləngitmək mümkündür.
Qadınları ən çox narahat edən problemlərdən biri üz dərisinin qocalmasıdır.
"EMTV.az" Oxucularımıza dərinin qocalmasını ləngidən ən effektli maddələr haqqında məlumat vermək istərdik.
- Antioksidantlar
Ən tanınmış antioksidantlar E və C vitaminləridir. Bu vitaminlər hüceyrə səviyyəsində orqanizmin qocalmasını ləngidir. Dərinin cavanlığını saxlamaq üçün qadın həm bu vitaminlərlə zəngin olan qidaları yeməli, həm də tərkibində bu vitaminlər olan kremləri, maskaları istifadə etməlidir.
Ev şəraitində E vitamini damcılar şəklində (apteklərdə satılır) kremlərə və maskalara əlavə etmək olar.
Dərimiz üçün ən faydalı məhsul zeytun yağıdır. Bu yağ E vitamini, Omeqa-3 və Omeqa-6 yağlı turşularla zəngindir. Əksər kosmetoloqlar məhz zeytun yağını üz dərisi üç ən faydalı hesab edir və maskalara əlavə edirlər. Həmçinin yaxşı keyfiyyətli zeytun yağını üz dərisinə krem kimi çəkmək olar.
- A vitamini (retinol)
Bu vitamin kiçik qırışları hamarlayır, dərinin rəngini yaxşılaşdırır, piqment ləkələri azaldır, dərini nəmləndirir. Retinol bir çox cavanlaşdırıcı kremlərə və maskalara daxil edilir.
A vitamini damcılar şəklində evdə hazırlanan kosmetik maskalara əlavə etmək olar.
- Coenzym (koenzim) Q10
Bu maddə hüceyrələrin yenilənməsində, dərimizi dartılmış və cavan edən kollaqenin yaranmasında iştirak edir. 25 yaşından sonra kollagenin orqanizmdə yaranması ləngiyir, dəri tədricən öz elastikliyini itirir, sallanmağa başlayır. Tərkibində Coenzym Q10 maddəsi olan kremlərdən istifadə edin.
- Hialuron turşusu
Bu maddə tibdə və kosmetologiyada çox geniş istifadə olunur. Hialuron turşusu cavanlaşdırıcı təsirə malikdir.
Bu maddə bizim orqanizmdə yaranır və dərinin təbii nəmləndirməsini təmin edir. 25 yaşından sonra hialuron turşusunun orqanizmdə yaranması azalır ki, nəticədə dəri qurumağa başlayır, qırışlar yaranır.
Hal hazırda hialuron turşusu suni olaraq sintez olunur və dəriyə yeridilir. Cavanlaşdırıcı effekt praktik olaraq dərhal görünür.
- Peptidlər
Bu aminturşular birləşmələri dərinin elastikliyini qoruyur və dərini nəmləndirir. Peptidlər cavanlaşdırıcı kremlərə daxil edilir və çox yaxşı effekt verir. Belə kremlər həmçinin "botoks effektli" kremlər kimi tanınır.
- Adi su
Bu ən ucuz və eyni zamanda effektli vasitədir. Müasir insanlar daha az təmiz su içir. Bu isə dərinin vaxtından tez qocalmasına səbəb olur. Hər gün acqarına 1 stəkan təmiz su için. Gün ərzində isə təxminən 2 l su için (buna əks göstərişlər yoxdursa). Suyu az-az (1/3-1/2 stəkan) və daha tez-tez için. Bir müddətdən sonra siz dərinin vəziyyətinin yaxşılaşmasını hiss edəcəksiniz.