SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Tacikistan səfiri Naxçıvandan zəngin təəssüratlarla qayıdıb

11-04-2019, 14:00 | Oxunub: 11 425 |

Tacikistan səfiri Naxçıvandan zəngin təəssüratlarla qayıdıb

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rüstəm Soli 8-9 aprel tarixlərində muxtar respublikamızda səfərdə olub. Səfərinin sonunda qonaqdan Naxçıvan təəssüratlarını öyrəndik:

– Bu, mənim Naxçıvan Muxtar Respublikasına ilk səfərim olsa da, özümü ölkəmizdəki kimi hiss etdim. Xüsusən burada dəniz səviyyəsindən 2 min metr yüksəklikdəki qarlı ərazilərə səyahət zamanı Tacikistanda olduğu kimi, sanki dünyanın zirvəsinə qalxdığıma bir daha inandım. Odur ki, təəssüratlarım çox möhtəşəmdir. Təbiət Naxçıvana hər cür gözəllik bəxş edib. Gəzib-gördüyüm yerlərdəki səliqə-sahman, təmizlik, insanların qonaqpərvərliyi mənim ikigünlük Naxçıvan səfərimdən aldığım təəssüratların ən gözəlidir. Ayrıca olaraq Naxçıvan Muxtar Respublikasında keçirdiyim çox mühüm görüşlər və tanış olduğum yerlər bu gözəl diyara səfərimin məhsuldar olmasına səbəb oldu.

Onu da qeyd edim ki, muxtar respublikanızın böyük iqtisadi-mədəni potensialı vardır. Naxçıvan Biznes Mərkəzi ilə tanışlıq müddətində belə bir qənaətə gəldim: – Naxçıvanda istehsal olunan məhsullar buradakı həyat səviyyəsindən, əhalinin yaşayış standartlarının yüksək olmasından xəbər verir. Xüsusən Naxçıvanın su elektrik stansiyalarının tikilməsi işində qazandığı təcrübə, enerji və ərzaq təhlükəsizliyini təmin etməsi sahəsində əldə etdiyi nailiyyətlər diqqətimi çəkdi. Bildiyiniz kimi, Tacikistan da yüksək şirin su və hidroenerji potensialına malikdir və Naxçıvanın bu resurslardan istifadə sahəsində qazandığı təcrübə, bu mənada, maraqlıdır. Naxçıvandakı Günəş Elektrik Stansiyası da bu diyarın yüksək enerji potensialından xəbər verir.

Səfir bildirib ki, Naxçıvan şirkətlərinin istehsalı olan bir sıra məhsullar bizim ölkəmizdə də alıcılar tapa bilər. Odur ki, biz müvafiq qurumlarla birgə təşkil olunmuş dəyirmi masada gələcəkdə iqtisadi əməkdaşlığımızın perspektivləri haqda fikir mübadiləsi apardıq. Məsələn, Tacikistan bazarında Naxçıvan mürəbbələrinə və meyvə şirələrinə çox yüksək tələbat ola bilər.

Ona görə də naxçıvanlı sahibkarlarla bu məhsulların birgə istehsalı üzrə kommersiya müqavilələrinin bağlanılması fikri yaxşı ideya kimi diqqətçəkən oldu. Bunlardan başqa, Naxçıvanın Duzdağına xeyli sayda Tacikistan vətəndaşının da müalicəyə gələ bilməsi üçün təkliflər səsləndi.

Bu səfərimdə, şükürlər ki, bütün müsəlman aləmi üçün müqəddəs sayılan Əshabi-Kəhfi ziyarət etmək mənə də nəsib oldu. Ümumiyyətlə, tacikistanlıların Azərbaycandakı turizm-rekreasiya məkanlarına marağı çoxdur. Gələcəkdə Düşənbə ilə Bakı arasında birbaşa hava yolu əlaqəsinin açılması ilə bizim ölkə­dən də Naxçıvana turistlər rahatlıqla gələ biləcəklər. O zaman Naxçıvan duzunun möcüzəsini, Naxçıvandakı mineral suların şəfalı gücünü taciklərə də tanıtmaq, dərmansız müalicə üçün onların Naxçıvana gəlməsini təşkil etmək mümkün olacaq.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR