18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Azərbaycanlı və erməni deputatlar qarşı-qarşıya gəldilər
Beynəlxalq Parlamentlərarası İttifaqın (BPİ) Qətərin paytaxtı Dohada “Sülh, təhlükəsizlik və qanunun aliliyi üzrə təhsilin səviyyəsinin artırılmasında parlamentlərin rolu” mövzusunda keçirilən iclasında erməni təxribatının qarşısı alınıb.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki,Azərbaycanın BPİ-dəki nümayəndə heyətindən əldə etdiyi məlumata görə, iclasda “Sülhü sarsıdan və insan hüquqlarını pozan vasitə kimi muzdlulardan istifadənin yolverilməzliyi” adlı qətnamə layihəsi müzakirə olunub və azərbaycanlı deputatlar tərəfindən layihəyə bir sıra dəyişikliklər təklif olunub.
Bildirilib ki, təklif olunan dəyişikliklər qətnaməyə dövlətlərin ərazi bütövlüyü ilə yanaşı, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı ifadəsinin də əlavə olunmasını nəzərdə tutur. İclasda dəyişiklik səsə qoyulub və Ermənistan tərəfinin etirazlarına baxmayaraq yekdilliklə qəbul edilib.
Həmçinin, bildirilib ki, Assambleyada Ermənistan nümayəndə heyəti növbəti təxribata əl ataraq, qətnamə layihəsinə dair bütün mətn üzrə ərazi bötüvlüyü ifadəsinin çıxarılmasını və xalqların öz müqəddəratını təyin etmək hüququ ifadəsinin əlavə olunmasını nəzərdə tutan doqquz təklif irəli sürüb.
Həmin təkliflərin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyəti etiraz edərək onların qəbuledilməzliyini önə çəkiblər.
Səsvermə nəticəsində Ermənistan deputatlarının irəli sürdüyü təkliflərin heç biri qəbul edilməyib, əksinə, qətnamə layihəsinin adında ərazi bütövlüyü ifadəsinin əlavə edilməsi məqsədəuyğun hesab olunub.
Sevinc Əlimova
Emtv.az