18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Rəsmi Bakı: Ermənistan üçün başqa yol yoxdur
“Ermənistanın dayanıqlı inkişafı üçün işğal olunmuş Azərbaycan torpaqlarından qoşunlarını çıxartmaqdan başqa yol yoxdur”.
Emtv.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən Frankofoniya təşkilatının 17-ci zirvə görüşündə özündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair bəndi əks etdirən qətnamə qəbul edilməsini şərh edərkən bildiriblər.
XİN-in məlumatında qeyd edilib: “Frankofoniya təşkilatının 17-ci zirvə görüşündə “Böhran vəziyyətləri, böhrandan çıxış və Frankofon ərazisində sülh quruculuğu” adlı qətnamə qəbul edildi və qətnaməyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair bənd daxil edildi. Burada, ATƏT-in Minsk Qrupunun həm-sədrlərinin səylərinə tam dəstək əks olunur, sülh şəraitinin təşviq edilməsinə və öncəki razılıqlara əməl edilməsinə çağırılır, eləcə də münaqişənin Helsinki Yekun Aktının fundamental prinsipləri, o cümlədən gücdən istifadə etməmək və hədələməmək, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə prinsipi, əsasında sülh yolu ilə həllini nəzərdə tutan danışıqlar prosesinə yenidən başlanılması ifadə olunur”.
Helsinki Yekun Aktının dilinə uyğun olaraq, Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirdiyinə və Dağlıq Qarabağ və ətraf rayonlar da daxil olmaqla Azərbaycan ərazilərini hərbi işğal altında saxladığına görə güc tətbiq etmək məsuliyyəti Ermənistanın üzərinə düşür. Vurğulamaq istərdik ki, Helsinki Yekun Aktı bu xüsusda açıq şəkildə bəyan edir ki, “dövlətlər qarşılıqlı münasibətlərində, habelə ümumiyyətlə beynəlxalq münasibətlərdə hər hansı dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı hədələmək və güc tətbiq etməkdən çəkinməlidir”.
Xalqların öz müqəddəratını təyin etməsi prinsipinə gəldikdə isə Helsinki Yekun Aktında növbəti fikir aydın şəkildə əks olunur: “İştirakçı dövlətlər xalqların bərabər hüquqlarını və öz müqəddəratını təyin etməsi hüququnu hər zaman BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə və dövlətlərin ərazi bütövlüyü daxil olmaqla beynəlxalq hüququn müvafiq normalarına uyğun olaraq hörmət etməlidirlər”.
Fikrimcə, sənəd kifayət qədər aydın dildə yazılıb və burada hər hansı əlavə izaha və şərhə lüzum yoxdur. Ermənistanın Frankofoniya təşkilatından sui-istifadə etmək səylərinə baxmayaraq zirvə görüşünün qətnaməsində münaqişənin həllinin əsasını Helsinki Yekun Aktının prinsipləri təşkil etdiyi qeyd olunur. Ermənistan uğursuz şəkildə beynəlxalq ictimaiyyəti aldatmaq səylərini dayandırmalı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Helsinki Yekun Aktı ilə üzərinə düşən öhdəliklərini yerinə yetirərək qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır.
Ümid edirik ki, Ermənistanda seçkilərdən sonra bu dövlətin yeni hökuməti anlayacaq ki, Ermənistanın dayanıqlı inkişafı üçün işğal olunmuş Azərbaycan torpaqlarından qoşunlarını çıxartmaqdan başqa yol yoxdur”.
İsmayil İsmayilov
Emtv.az