17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Kürdəmirin icra başçısı sakinlərə vəd verib ki...
Aprelin 8-də Kürdəmir rayonunun Ərəbqubalı kəndinin sakinləri etiraz aksiyası keçirib. Emtv.az bildirir ki, aksiyanın videogörüntüləri sosial şəbəkələrdə də yayılıb.
Sakinlərdən biri deyib ki, narazılığa səbəb şikayətlərinin yerli icra və bələdiyyə orqanlarında eşidilməməsidir: «Kəndin örüş və otlaq üçün ən yaxşı yerləri üç nəfər tərəfindən zəbt olunub. Sənədləri də saxtadır. Bu məsələ dəfələrlə qaldırılıb, amma öz həllini tapmayıb. Bir neçə gün əvvəl gördük ki, bizi Kürdəmir Rayon İcra Hakimiyyətində normal qəbul edən, şikayətimizə baxan yoxdur, qrup halında Bakıya getmək istədik.
İcra hakimiyyətinin işçiləri telefonla əlaqə saxlayaraq bizi yoldan qaytardılar. Dedilər ki, gəlin, probleminiz yoluna qoyulacaq. Amma vəd edilən kimi olmadı. Buna görə camaat sözü bir yerə qoyub yolu kəsdi».
«İcra başçısı problemin 10 gün ərzində çözüləcəyinə söz verdi»
Daha sonra dia.az onu da qeyd edib ki,adının çəkilməsini istəməyən sakin bildirib ki, etirazçılar Bakı-Qazax magistral yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində avtomobillərin hərəkətini 10 dəqiqəyədək dayandırıblar: «Polisin müdaxiləsi və rəsmilərin danışıq təklifindən sonra aksiya dayandırıldı. Rayon icra hakimiyyəti başçısı kəndə gəldi və əhali ilə görüş keçirdi. Dinləmələr zamanı sakinlər ayrı-ayrı şəxslərə verilmiş örüş yerlərinin əhalinin ümumi istifadəsinə qaytarılmasını tələb ediblər. İcra başçısı problemin 10 gün ərzində çözüləcəyinə söz verdi. Görək bu dəfə necə olur…».
Aysu Əliyeva
Emtv.az