18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Qadın alverçisi Sevinc barədə şok məlumat - Azərbaycanlı qızları İrana aparıb satıb
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki,Azərbaycan Respublikasının vətəndaşları olan qadınları İran İslam Respublikasında hədə - qorxu gəlməklə cinsi istismar edən qadının işi məhkəməyə təqdim edilib.
57 yaşlı Cəlilabad rayon sakini İsayeva Sevinc Əli qızı törətdiyi cinayətə görə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 144.1.2.2-ci, yəni bir 2 nəfərdən artıq şəxsi insan alverinə məruz qoyma maddəsi ilə başlanın işin istintaqı yekunlaşıb.
İstintaq zamanı məlum olub ki, Sevinc İsayeva uzun illərdir gənc qızların fahişəliyə cəlb edilməsi ilə məşğul olub. O, ümumilikdə 6 qızı İranda mütəmadi olaraq müxtəlif şəxslərə satıb.
Həmin qızlar zərərçəkmiş şəxs qismində tanınıb.
Yaxın günlərdə Sevinc İsayeva məhkəmə qarşısına çıxarılacaq.
Nəzrin Abbaszadə
Emtv.az