18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Azərbaycanlı müğənni axtarışa verildi - insan alverinə görə
Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi ölkə vətəndaşı olan qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyan şəxslə bağlı məlumat yayıb.
Emtv.az xəbər verir ki, fevralın 26-da idarə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1981-ci il təvəllüdlü, Bakı şəhər sakini Muradova Təranə Əli qızının ölkə vətəndaşları olan qadınları Türkiyə Respublikasına aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilib.
Hazırda T.Muradovanın tutularaq istintaqa təhvil verilməsi istiqamətində iş aparılır.
Qeyd edək ki, Təranə Muradova əvvəllər qadın alverinə görə polis tərəfindən tutulub. Belə ki, müğənniliklə məşğul olan Təranə Muradova bir neçə il əvvəl “Azəristar” mahnı yarışmasında iştirak etmiş Rüstəm Əlişanov və başqa bir qadınla birgə Cinayət Məcəlləsinin 144-1.2.1 və 144-2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən iki və ya daha çox şəxs barəsində insan alveri) maddəsi ilə təqsirləndirilib. Lakin o, çox keçmədən həbsxanadan çıxıb və köhnə peşəsini davam etdirib.
İlkanə
Emtv.az