SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Gömrük şefinin cavab verməli olduğu suallar… – Son gərginlik haradan qaynaqlanır…

10-04-2019, 10:28 | Oxunub: 11 126 |

Gömrük şefinin cavab verməli olduğu suallar… – Son gərginlik haradan qaynaqlanır…

Emtv.az xəbər verir ki,son günlər Azərbaycanda strateji olan kənd təsərrüfatı məhsullarının kütləvi bahalaşması ilə bağlı olaraq haqlı narazılıqlar ortaya çıxıb. Xüsusilə də, soğan, kartof və pomidorla bağlı olaraq narazılıqlar meydana çıxıb. Bir neçə gün öncə Nazirlər Kabineti keçici də olsa soğan, kartof və pomidorun ölkədən çıxarılması ilə bağlı bir sıra ixrac rüsumlarını artırmaq haqda qərar verib.

– “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2019-cu il tarixli qərarı ilə beynəlxalq təcrübəyə uyğun olaraq, həmin məhsulların istehsal mövsümü də nəzərə alınmaqla, kartofun ixracına bu ilin 30 aprelinədək, soğan və kələmin ixracına isə 31 may tarixinədək ixrac rüsumunun tətbiqinə başlanıb, habelə soğanın idxalına tətbiq olunan spesifik rüsum həmin müddətədək ləğv edilib”– deyə verilən məlumatda qeyd olunub.

Yəni məlumatın müfəssəl və sadə dillə ifadəsi belədir. Əslində bu qərarla daxili bazarda artan qiymətləri sabitləşdirmək siyasəti həyata keçirilir. Lakin, bəzi media qurumlarında ictimayyəti bilərəkdən çaşdırmağa cəhdlər edilir. Bu cəhdlərdə məqsəd nədir? Azərbaycanda bəzi soğan, kartof, kələm tədarükçüsü olan fermerlərlə bağlı olaraq hətta dövlət başçısına yönəlik, müraciətlər, videolar sosial şəbəkələrdə yayılır. Əslində bu tendensiya tam hesablanmış, mövsüm üzrə tədarük üçün nəzərdə tutlmuş bir məqamdır. Azərbaycanda yerli kartofun tədarük dövrü aprelin sonlarından tez başlamır. Soğan və kələm isə ölkə daxilində mayın sonlarından etibarən sahələrdən tədarük olunur. O zaman narahatçılıq nədən ibarətdir? Niyə sosial şəbəkələrdə süni olaraq ajiotaj yaradılmasına cəhdlər edilir?

Azərbaycan fermerlərinin haqlı narazılıqlarını dinləməklə mövcud problemlə bağlı bir sıra məqamlara aydınlıq gətirmək olar. Məsələn fermerlər kartof toxumunun alınması ilə bağlı etiraz edirlər ki, ölkə daxilində kartof toxumu yoxdur. Cari il üçün kartof əkini zamanı toxumıuq məhsullar əsasən Rusiya, Gürcüstandan idxal edilib. Sadə dillə ifadə etsək 1 kiloqramı 70 qəpiyə. Hazırda bazarda kartofun qiyməti 1 AZN civarında dəyişir. Nəticə etibarilə də kartofun qiyməti ilə bağlı olaraq yerli fermerlər bazarda inzibati basqıların olacağından, ixracata məhdudiyyət qoyulacağından narahatdır. Və fermerlər iddia edirlər ki, gömrükdə olan manapoliya toxumluq kartofun Azərbaycana idxalına mane olur, bununla da 70 qəpiyə alınan toxumluq kartofun, kultivasiya dövrü üçün çəkilən xərcləri də sonuc etibarilə, maya dəyərinin 1 AZN-dən baha olmasına səbəb olur. Yəni daxili bazara məhsul çıxaran əkinçilər toxum bazarındakı manapoliyadan şikayət edir və iddia edirlər ki, bazarda tədarük dövründə qiymətin baha olmasına gətirib çıxaran əsas səbəblərdən biri də budur.

Bundan başqa indi bazarlarda Şəmkir, Tovuz, Gədəbəy məhsulu kimi təqdim edilən kartofun da əslində idxal edilən İran, Rusiya, Pakistan məhsulu olduğu iddia edilir. Yəni yerli məhsul markası adı altında bazarda daha çox manapolistlərin təqdim etdiyi idxal olunan keyfiyyətsiz mallar tutur. Nəticə etibarilə də bazarda rəqabət prinsipləri pozulur. Bundan da daha çox əziyyət çəkən yerli fermerlər olur.

Daha sonra gundeminfo onu da qeyd edib ki,ortada kifayət qədər suallar var. Lakin bütün sualların özündə bir cavab var – Azərbaycan gömrüyü yerli kənd təsərrüfatının rentabelliyini daha dayanıqlı etmək üçün hansı şəffaflıq prinsiplərini gerçəkləşdirir? Bu suallarımız Cənab Səfər Mehdiyevədir. Bəlkə Göçrük Komitəsinin sədri ortada Dövlət Statistika Komitəsinin açıqladığı kartof, soğan, kələm, pomidor kimi strateji məhsulların idxalı ilə bağlı olaraq rəqəmlərində DGK-nin açıqladığı rəqəmlər arasında fərqlə bağlı da bir açıqlama ver…

Bütün tərəflərin mövqeyini dinləməyə hazırıq…

Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR