SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Yeni verilən qərar fermerləri sevindirəcəkmi?

5-09-2018, 15:40 | Oxunub: 10 977 |

Yeni verilən qərar fermerləri sevindirəcəkmi?

"Kənd Təsərrüfatı Nazirliyinin təklifi əsasında qüvvəyə minmiş bu qərarın məqsədi daxili istehsalı qorumaq, ölkədə istehsal olunan məhsulun bazarlarda realizə olunmasına dəstək verməkdir".

Emtv.az xəbər verir ki, bu barədə kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli xaricdən idxal olunan kartofun rüsümunun artırılmasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, bu məhdudiyyət qısa müddəti - oktyabrın 31-nə qədər olan dövrü əhatə edir: "Kənd Təsərrüfatı Nazirliyinin təklifi əsasında qüvvəyə minmiş bu qərarın məqsədi daxili istehsalı qorumaq, ölkədə istehsal olunan məhsulun bazarlarda realizə olunmasına dəstək verməkdir. Məlumatlara görə, artıq bu gündən İran istiqamətində ölkəyə kartof idxalına məhdudiyyət qoyulub. Bu, sevindirici addımdır, çünki, bu il kartof sahələrində məhsuldarlıq yüksək olub, fermerlər məhsullarının satılmasında əziyyət çəkirdilər. Dövlət bu durğunluğa adekvat reaksiya verərək istehsal-satış prosesini canlandırmağa çalışır.

Təqvimə əsasən, yazlıq kartof aprel-may ayları ("mayovka" deyilən) çıxarılır, mövsümi amillərə görə, satışında ciddi problem yaranmır. Əsas problem may-iyun aylarında yığılan məhsulla bağlıdır, iqlim amillərinə görə, bütün regionlarda eyni vaxtda yetişdiyi üçün, üstəgəl, isti aylarda "ikinci çörəy"ə təlabat aşağı düşdüyü üçün satış zəifləyir, saxlama gücü olmadığına görə fermerlər məhsullarını ümidini satışa bağlayır. Qısamüddətli bu qərar təbii ki, yerli kartofun satışına, təkrar istehsalına müsbət təsir göstərəcək. Şübhəsiz ki, idxalın məhdudlaşdırılması fonunda yaxın iki ay ərzində vəziyyət xeyli dəyişəcək. Lakin kartofa tələbat daha çox soyuq aylarda artdığı üçün oktyabrdan sonrakı dövrdə idxal kartofu yenidən bazarlarımıza ayaq açacaq. Adətən, dekabr ayından etibarən əhalinin tələbatı ilə yanaşı qiymətdə qalxmağa başlayır. Hazırda iri topdansatış bazarlarında məhsulun bir kiloqramı 0.45-0.55 qəpik arasında dəyişir, əhalinin seçimində favorit isə Tovuzdan gətirilən kartofdur".

Ekspertin sözlərinə görə, bu addım ölkənin ümumilikdə kartof idxalından asılılığını təkzib edə bilməz: "Rəqəmlərə görə, "ikinci çörək"ə ölkənin illik təlabatı 985 min tondur. Ötən il 58 min 772 min hektarda əkin aparılıb, 882 min ton məhsul tədarük olunub. Statistikaya görə, tələbatla istehsal arasında olan fərq 103 min tondur. Lakin reallıqda ölkəyə payız-qış mövsümündə 160 min tona qədər kartof gətirilib. Bu ölkə tələbatının 16%-i təşkil edir. Üstəgəl, kartof ixracımız idxaldan azdır. Ötən il 58 min tona qədər kartof ixrac etmiş, əvəzində 160 min ton alıb gətirmişik. Əsas kartof idxal etdiyimiz ölkələr İran, Rusiya, Gürcüstan və Türkiyədir. İstehsal həcminə, coğrafi yaxınlığına görə, İran bu il kartof bazarımızın favoriti olacaq.

Ölkənin kartof bazarındakı idxaldan asılılıq faktorunu aradan qaldırmaq üçün saxlama imkanlarının-soyuducu anbar komplekslərinin inkişaf etdirilməsi son dərəcə vacibdir. Saxlama imkanı olmadığı üçün məhsulu torpaqdan çıxan kimi satıb sonra qonşudan almaq məcburiyyətində qalırıq. İkinci ən ciddi problem ölkədə kartof toxumunun yetərincə olmamasıdır. Kartof toxumu Rusiya, Ukrayna, Polşadan gətirilir ki, bu da məhsulun maya dəyərinə ciddi təsir göstərir".

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR