18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Aerobika gimnastikası üzrə millimizin üzvləri 2 medal qazandılar - FOTO
Bratislava şəhərində aerobika gimnastikası üzrə "Açıq Slovakiya Çempionatı" öz işinə yekun vurub.
Emtv.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından yerli KİV-ə verilən məlumata görə, 15 ölkədən idmançıların qatıldığı turnirdə ölkəmiz fərdi, qarışıq cütlük, üçlük və qrup çıxışlarında təmsil olunub. Millimizin üzvləri Mədinə Mustafayeva, Nərminə Hüseynova, Balaxanım Əhmədova, Vladimir Dolmatov və İmran İmranovun qrup proqramında icra etdikləri performans onlara yarışların qızıl medalını (19.344) qazandırıb.
Gimnastlarımızın daha bir uğurlu çıxışı isə üçlük proqramında olub. Emil Quliyev, Elçin Məmmədov və V. Dolmatov 19.800 xalla turnirin gümüş medalına da sahibləniblər.
Qarışıq cütlükdə igimnastlarımız İmran və Mədinə 6-cı, fərdi çıxışlarda Elçin 5-ci, Nərminə isə 7-ci yerlə turniri başa vurublar.
9-11 yaşlı gimnastların mübarizəsində isə yeganə təmsilçimiz Məryam Topçubaşova fərdi proqramda çıxış edərək, qızıl medal qazanıb. Məryamın çıxışı hakimlər tərəfindən yüksək qiymətləndirilərək, 32 idmançı arasında 1-ciliyə layiq görülüb.
Elnur Abbasov
Emtv.az