SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Yeni Ramananın əhalisi suyun içərisində qalıb

2-04-2019, 17:43 | Oxunub: 12 947 |

Yeni Ramananın əhalisi suyun içərisində qalıb

Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyinin ətrafında, Yeni Ramana adlanan ərazidə məskunlaşan sakinlər aylardır ki, qrunt sularından əziyyət çəkirlər.

Emtv.az xəbər verir ki,sakinlər yerli mətbuata bildiriblər ki, evləri, küçələri suyun içərisində qalıb.

Onların sözlərinə görə, ötən ay aksiya keçirib, yolu bağlasalar da, problemlərini həll edən olmayıb: “Aksiya keçirdik ki, müvafiq qurumlar küçədəki biabırçı vəziyyətin aradan qaldırılmasına kömək etsinlər. Sabunçu Rayon İcra Hakimiyyətinə, “Azərsu”ya müraciət etdik. Ancaq heç bir faydası olması. Hazırda küçələrdə yığılan su iylənib. Pis qoxudan pəncərəni aça bilmirik. Küçədə yığılmış suyun içərisi çömçəquyruqla doludur. Bu çömçəquyruqlar bir müddət sonra qurbağa olacaqlar. Belə çıxır ki, havalar isinəndə ərazi bataqlıqdan fərqlənməyəcək. Onsuz da hazırda pis qoxunun əlindən nəfəs ala, suyun ucbatından yeriyə bilmirik. Uşaqlarımız məktəbə gedənə qədər suyun içərisində olurlar. Məcbur qalıb özümüzlə əlavə ayaqqabı götürürük ki, şəhərə gedəndə ayağımız təmiz olsun”.

Sakinlərin əsas tələbi budur ki, kanalizasiya sistemi çəkilənə qədər heç olmasa ərazidə drenaj sistemi yaradılsın. Sakinlərin sözlərinə görə, hər il qış aylarında yollara su yığılması səbəbindən, hərəkət edə bilmirlər. Bildiriblər ki, həyətlərinin də su ilə dolması evlərini yararsız hala salıb, aşınmaya məruz qoyub. Sakinlər söyləyiblər ki, ərazidə olan evlərin çoxu qəzalı vəziyyətdədir.

Qəsəbə sakini Rasim Bayramov aşağıdakıları bildirdi: “İcra hakimiyyətinə müraciət etmişdik ki, heç olmasa küçəyə çınqıl, torpaq töksünlər ki, hərəkət edə bilək. Qış girəndən məsələni qabardırıq. Bu barədə mətbuatda da yazılar dərc olunub, özümüz də müvafiq qurumlara məlumat vermişik. Ancaq gördük ki, bizə heç kim yardım etmək fikrində deyil. Ona görə də qonşularla yığışıb, özümüz küçəyə torpaq tökmək qərarına gəldik. Bu gün küçənin su basan yerlərinə torpaq yaymışıq. Ancaq bütün məhəlləni düzəltməyə də bizim vəsaitimiz yetməz. Buna görə də ərazidə yaşayan sakinlər hazırda imzatoplama aksiyası keçirirlər. İmzalar toplanandan sonra bizə yardım edilməsi üçün cənab prezidentə müraciət edəcəyik. Ümidimiz yalnız ona qalıb. Çünki əksər məmurlar öz vəzifələrinin öhdəsindən gəlmək fikrində deyillər. İcra hakimiyyətindən bizə söz veriblər ki, vəziyyətin düzəlməsinə yardım edəcəklər. Ancaq heç bir yardımdan söhbət getmir. Bura əməlli başlı xəstəlik mənbəyidir. Hələ yay gəlməyib, ancaq ərazini həşərat basıb. Deyəndə ki, buranın kanalizasiya sistemi yoxdur. Bizə cavab verirlər ki, ərazidəki evlərin hamısı özbaşına, qanunsuz olaraq tikilib. Necə qanunsuz tikilidir ki, bundan icra hakimiyyətinin xəbəri var? Tikintiyə icazə verilirsə, kanalizasiya sistemini də çəkməyi düşünmək lazımdır”.

Yeni Ramananın əhalisi suyun içərisində qalıb
Yeni Ramananın əhalisi suyun içərisində qalıb
Yeni Ramananın əhalisi suyun içərisində qalıb
Yeni Ramananın əhalisi suyun içərisində qalıb
Yeni Ramananın əhalisi suyun içərisində qalıb

Aysu Əliyeva
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR