SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Təhlükə: Yevlaxda evlər yana bilər

25-03-2019, 12:43 | Oxunub: 12 099 |

Təhlükə: Yevlaxda evlər yana bilər

Evlərin ətrafı qamışlıqdır. Payızın sonlarında naməlum şəxslər gəlib qamışları yandırır. Həyatımız təhlükədədir.

Emtv.az xəbər verir ki,bu barədə yerli mətbuata Yevlaxın Çənlibel qəsəbəsində yaşayan sakinlər məlumat verib.

Qəsəbə sakini Şahin Kərimovun sözlərinə görə, ətrafda olan çirkab suları evlərin ətrafına yığılaraq, xəstəlik mənbəyi yaradıb:

“Dəfələrlə aidiyyəti qurumlara, icra hakimiyyətinə, su-kanal idarəsinə, rayon təsərrüfat idarəsinə müraciət etmişik. Bizim şikayətimizə baxan yoxdur. Yaşayış evlərinin ətrafını qamışlıq basıb. Yayda üfunətdən evdə oturmaq mümkün deyil.

Evimizin içinə qədər xəstəlik gəlir. Ərazi malyariya xəstəliyinin yuvasına çevrilir. Qamışlıqdan ətrafa yayılan ilan, qurbağa, siçovul sakinlər üçün ikinci bəla olub. Azyaşlı uşaqların həyatı təhlükə qarşısındadır.

Evlərimizin ətrafında yaranan bataqlıq böyüyərək bütün yaşayış massivini əhatəyə alıb. Ərazidən dəmiryolu xətti keçir. Qamışlar o qədər uzanıb ki, elektrik xətlərinə toxunur. Bir yanğın çıxsa, heç kim sağ qalmayacaq. Elə dünən evimizin yanındakı qamışlığı kimsə yandırıb.

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları gələnə qədər qəsəbə sakinləri yanğını özləri söndürüb. Bu ərazidə yollar bərbad vəziyyətdədir, yanğınsöndürən maşınlar, təcili yardım maşınları belə daxil ola bilmir.

Qamışlıq ərazidəki evlərdə rütubət yaradaraq mənzillərin hamısını bərbad vəziyyətə salıb. Aidiyyəti qurumlar bizim şikayətlərimizə baxmaq istəmir. Müraciətimizə cavab olaraq bir onu deyirlər ki, dövlət büdcəsində bizim üçün ayrılacaq pul yoxdur”.

Sakinlərin istədiyi isə qəsəbə yollarının düzəldilməsi, kanalizasiya sisteminin qurulması, qamışlıq sahələrin təhlükəsiz şəkildə təmizlənməsidir.

Yevlax Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab verən olmadı.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR