17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Ayan: "İndi müğənni və aparıcıları almaq daha yaxşıdır, çünki..."
Türkiyədə tanınan müğənnilərimiz var: Üzeyir Mehdizadə, Şəbnəm Tovuzlu, Günel Zeynalova. Onları müğənni kimi özlərini yox, mahnılarını tanıyırlar. Küçəyə, alış-veriş mərkəzinə çıxanda eşidirsən mahnılarını. Bunu nəzərdə tutub deyirəm ki, sima olaraq bizim müğənniləri Türkiyədə tanımırlar.
Emtv.az yerli mətbuata istinadən bildirir ki, bu sözləri müğənni Ayan Babakişiyeva "X maqazin"ə açıqlamasında deyib. O, ifaçılarımızın Türkiyədə tanınmadığından gileylənib.
Uzun müddətdir Türkiyədə yaşayan Ayan oradakı biznesini açıqlayıb:
"Dırnaq düzəldən salonum və daşıma şirkətim var".
Sevgidən danışan Babakişiyeva "Ağlamaq istəyəndə gecəni gözləmirəm. Niyə gecəni hüzünlənmək üçün gözləyirsən? Gecəni sevilmək üçün gözləyin, mən də onun üçün gözləyirəm" deyə, sözlərinə əlavə edib.
İfaçı ikinci dəfə ana olmaq istədiyini də gizlətməyib:
"40 yaşımda özümü ailəmin, həyat yoldaşı və övladlarımın yanında görmək istəyirəm. Selenaya ya bacı, ya qardaş istəyirəm. Onun tək qalmasını arzulamıram. Övladımın müğənni olmasını istəmərəm. Ona görə yox ki, pis sənətdir. Hazırda qardaşıma qız axtarıram. Yaşı yaşına uyğun ərə gedib boşanmış da, övladı da olan ola bilər. İndi müğənni və aparıcıları almaq daha yaxşıdır, çünki həyatımız ortadadır. Arxivimiz hamıya bəllidir".
Ayan "Əks cinsin nümayəndəsi olsan nə edərdin" sualına "Aygün Kazımovanı sevərdim" cavabını verib.
Seymur Rəhimov
Emtv.az