SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

"Nə Aygünü, nə də Röyanı Türkiyədə tanıyırlar"

18-04-2018, 14:02 | Oxunub: 7 057 |

"Nə Aygünü, nə də Röyanı Türkiyədə tanıyırlar"
Müğənni Elariz Məmmədoğlu “APA TV”-nin “Show time” verilişində qalmaqala səbəb olacaq açıqlama verib.

Emtv.az-ın məlumatına görə, ifaçı bildirib ki, heç bir azərbaycanlı müğənni Türkiyədə tanınmır. Hətta həmin sırada xalq artisti Aygün Kazımovanı və əməkdar artist Röya Ayxanın da adını vurğulayıb:

“Sualınıza sualla cavab vermək istəyirəm. Bu günə qədər hansı müğənnimiz Türkiyədə nəsə edə bilib? Elə bir müğənnimiz yoxdur axı".

Bu zaman aparıcı qonağına xatırladıb ki, Aygün Kazımova, Röya Ayxan Türkiyə şou-biznesinə qatılıb. Elariz isə bildirib ki, onlar sadəcə qardaş ölkəyə gediblər:

"Allah işlərini avand eləsin. Amma Türkiyədə mövcud olan müğənnilər var ki, onların sırasında yoxdular. Ola bilər ki, onlar 3-5 dəfə Türkiyəyə gediblər, verilişdə çıxış ediblər və Bakıya qayıdıblar. Amma orada ekstralar, sifarişlər yəni səhnədən pul qazanmaq, bunlar yoxdur axı. Çünki Türkiyənin ərazisi Azərbaycandan 10 dəfə böyükdür. Orada pul əmtəəsi bizdən çoxdur. Azərbaycanda klipi 3 min manata çəkdirmək olar, Türkiyədə yox. Orada hər şey 30-40 mindən başlayır. Türkiyə şou-biznesinə girmək üçün böyük pullar qoymaq lazımdır. O böyük pullar da bizim müğənnilərdə yoxdur. Toya ən baha 15 minə gedirlər. O böyük pullar bizdə olmadığına görə oranın şou-biznesinə qatılmaq barədə danışa bilmərik. Real danışmağı sevirəm, yalandan deyim ki, ay biz gedərik, nə bilim nə.

Azərbaycanda istedadlı müğənnilər, bəstəkarlar, aranjimançılar var. Təki bizim müğənniləri Türkiyədə tanısınlar, buna yalnız sevinə bilərəm. Amma reallıq budur ki, tanımırlar. Oğlum Türkiyədə yaşayır, təhsil alır. O, daha yaxşı bilir ki, bizim müğənniləri orada tanımırlar. Sabah mənim bu sözlərimdən qalmaqal olacaqsa, olsun. Reallığı dedim. Qoy sübut eləsinlər ki, onları orada tanıyırlar. Mən də baxım, fəxr edim".


E.Məmmədoğlu Günel Zeynalova, İradə İbrahimova, Ezonun da Türkiyədə heç nə edə bilmədiyini söyləyib:

“Nə bilim Vallah. Təki orada tanınsınlar, amma məndə olan məlumata görə tanınmırlar. Amma bizim müğənnilər çox güclüdür. Məsələn, Brilliant Dadaşova çox gözəl sənətkardır. İstəyərdim ki, onu tanısınlar.

Tanınmaq başqa şeydir. Məsələn, Moskvada olanda taksi saxladıram, sürücü mənə deyir ki, Elariz müəllim hara gedirsiz? Baxıram ki, bura Moskvadır, məni burada da tanıyırlar”.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR