18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"Kürəkənim Bakıya köçüb" - Qızını türkə ərə verən Cavanşir
“Kürəkənim Antakyada anadan olub, İstanbulda yaşayır. Filmlərdə çəkilir. Bizdə necə Həsənağa Turabov, Fəxrəddin Manafov ancaq ciddi filmlərdə çəkilirsə, o da orada elədir”.
Emtv.az axşam.az-ın məlumatına istinadən bildirir ki, bu sözləri əməkdar artist cavanşir Məmmədov “Həyat tərzi” verilişindəd eyib.
Müğənni ilk dəfə kürəkəni olan türkiyəli aktyor Arif Selçukdan danışıb. O, qızı Xatirənin onunla necə tanış olmasını açıqlayıb:
“Məni onun hansı peşə sahibi olduğu maraqlandırmır. İnsan gərək əqli-kamalı, əxlaqı düz ola. İnsan boşanmaq üçün yox, ömür boyu birlikdə yaşamaq üçün evlənməlidir. Qız evinə çox gələn olar, gəlirdilər də. Qaynımın baldızı Türkiyədə yaşayır. İndiki kürəkənimin ailəsi onun bacısı ilə tanışdılar. Bu məsələdə burdan qaynaqlandı. Bir ilə yaxındır bu söhbət var idi. Oğlan Bakıya gəldi, oturub danışdıq. Sonra bizə elçi gəlmələrini istəmədim. Özüm Antakyaya getdim. Soraqladım, hamı da yaxşı danışdı. Mən sovet dövrünün tərbiyəsini görmüşəm. O vaxt deyirdilər övlad tez ailə qursun. Amma indi əgər övlad peşə sahibi olmayıbsa, əli çörəyə çatmırsa, ailə qurmamalıdır. Gündə bir dəb, maşın çıxır. Ailəni qurdun, necə dolanacaqsan? Qonşuya baxıb həsəd aparmaq olmaz”.
C.Məmmədov bildirib ki, kürəkəni ailə qurduqdan sonra Bakıya köçüb:
“Qızım dövlət işində işləyir, buradan gedə bilməz. Ona görə də onlar Bakıda yaşayır. Kürəkənimin meneceri ssenari olanda bura göndərir, oxuyur. Lazım olanda, gedib orada çəkilib gələcək. Mənim gözlədiyim səviyyə, insani xüsusiyyət özünü doğruldub. Qabiliyyətli, tərbiyyəli oğlandı”.
Müğənni övladına toy etməyi düşünmədiyi söyləyib:
“Bir dəfə Türkiyədə toy oldu. Mənim burada məclis etmək fikrim yoxdur. Toy, brilyant mənə lazım deyil. Toysuz xoşbəxt olan cavanlar çoxdur. İnsanlar bir-brini başa düşməlidir. Qızımın Bakıda da, Türkiyədə də evi var”.
Emtv.az