18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Amerikalı repçi güllələndi
Amerikanın məşhur reperi Nipsey Hussle (Ermias Asghedom) Los-Anceles şəhərində qətlə yetirilib.
Emtv.az bu barədə yerli mətbuata istinadən xəbər verir.
33 yaşlı musiqiçi şəxsi geyim mağazasının yanında atəş açılaraq öldürülüb. Polis atəş açma faktını təsdiq edib.
"Twitter"də yayılan məlumata görə, atəş səsləri Amerika saatı ilə 15:20-də Slauson prospekti və Krenşau bulvarında eşidilib. Polis faktla bağlı araşdırmalara başlayıb.
Dünya şöhrətli reperlər 50 Cent, basketbolçular Stefan Karri və Leybron Ceyms repçi Nipsey Husslenin ölüm xəbəri ilə bağlı üzüntülərini sosial şəbəkə hesablarında dərc ediblər.
Qeyd edək ki, Nipsey Hussle Los-Anceles şəhərində doğulub. Karyerasına 2008-ci ildə başlayıb.
O, Drake, Rick Ross, Tyga, Young Thug və Snoop Dogg kimi məşhur sənətçilərlə çalışıb. Repçinin debüt albomu "Vixtory Lap" nüfuzlu "Gremmy" musiqi mükafatına layiq görülüb.
Aynurə Kərimli
Emtv.az