18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
ABŞ-da barda gülləbaran: 13 ölü, onlarla yaralı
ABŞ-ın Kaliforniya ştatının cənubunda, Los-Anceles yaxınlığındakı Tausend Ouks şəhərində yerləşən "Borderline Bar and Grill" barındakı gülləbaranda 13 nəfər həlak olub. Onlarla insanın yaralandığı bildirilir. Həlak olanların və yaralananların tam əksəriyyəti gənclərdir.
Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, yerli polis departamentindən verilən məlumata görə, naməlum şəxs bara daxil olaraq oradakı adamlara 30 dəfə atəş açıb.
Bar kantri musiqi janrında konsertlərin keçirildiyi yer kimi tanınır. İnsident yaşanan gecə orada kollec tələbələrinin görüşü və partisi vardı.
Hadisə yerinə yollanmış polislər atəş açan şəxslə atışmaya başlayıblar. Atışmada bir polis zabiti yaraldanıb.
ABC7 məlumat verir ki, gülləbaran zamanı barda yüzlərlə insan olub.
Ventura bölgəsindəki bardakı insanları gülləbaran edən şəxsin alnına atəş açaraq intihar etdiyi vurğulanır.
Həlak olanların arasında Ventura şerifinin müavini də var.
İlkin məlumatlara görə, bardakı insanlara atəş açan şəxsin əynində qara plaş, gözlərində qara eynək, başında beysbol papağı olub.
İsmayil İsmayilov
Emtv.az
Paylaş: