SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Pasterizə olunmuş və ya uzunömürlü süd faydalıdırmı?

30-03-2019, 13:40 | Oxunub: 12 566 |

Pasterizə olunmuş və ya uzunömürlü süd faydalıdırmı?

Süd və süd məhsulları digər heyvan məşəli qida məhsulları kimi xüsusi risk qrupuna daxildir. Süd məhsulları C vitamini və dəmirdən başqa, tərkibində makro və mikro elementlərlə zəngin olan və hər yaş dövründə insan orqanizminə faydalı olan məhsullardandır. Bu məhsulların tərkibində xüsusilə, uşaqlar, hamilə qadınlar və yaşlılarda sümük sağlamlığı baxımından əhəmiyyətli olan başda kalsium və fosfor olmaqla, bir sıra vacib minerallar, zülal və B qrup vitaminlərdən riboflavin vardır.

Emtv.az yerli mətbuata bildirir ki, sağlam insanların kifayət qədər və balanslı qidalanması üçün tövsiyə edilən süd miqdarı yaş, cinsiyyət və fizioloji vəziyyətə ( böyümə və inkişaf dövrü, hamiləlik, yaşlılıq və s.) görə dəyişir. Süd və süd məhsulları üzrə Milli Şuranın məlumatına əsasən, sağlam və yetkin insanların gün ərzində 2 porsiya (1 porsiya - orta böyüklükdə su stəkanı 200 ml), uşaqlar, yeniyetmələr və hamilə qadınlarln isə 3-4 (600-800 ml ) porsiya süd istehlak etmələri tövsiyə olunur.

Süd eyni zamanda müxtəlif xəstəliklərin yaranmasına səbəb olan zərərli mikroorqanizmlərin böyümə və inkişafı üçün əlverişlidir. Belə ki, bruselyoz, vərəm, sarılıq və s. bu kimi xəstəliklər məhz çiy süddən insana keçə bilən xəstəliklərdəndir. Həmçinin bu xəstəliklər sağım prosesindən istehlakçıya çatana kimi açıq şəraitdə saxlanan süddən, sağıcıdan, sağımda istifadə olunan qablardan, heyvanın süd vəzilərindən (qan, irin, tük və s.), ətraf mühitdən (toz, torpaq, həşərat və gübrə qalıqları) də keçə bilər.

Pasterizə olunmuş və ya uzun ömürlü süd faydalıdırmı?

Süd istehsal edən iri müəssisələrdə emal olunmuş südlər, bir sıra - süzülmə, kənar maddələrdən təmizlənmə, xoşagəlməyən qoxuların aradan qaldırılması (deodorasiya), standartlara uyğun olaraq homogenizasiya kimi texnoloji proseslərdən keçirilir.

Pasterizə olunmuş süd qaynama temperaturundan aşağı temperaturda təbii tərkibdə keyfiyyət dəyişiklikləri yaratmadan, xəstəlik yaradan faktorlardan tamamilə, digər kiçik təsiredici faktorlardan isə qismən təmizlənmiş qida məhsuludur. Pasterizə olunmuş südlərin soyuqda saxlamaq şərti ilə davamlılıq müddəti 5 gündür.

Uzun ömürlü südlər, istehlakçılar tərəfindən daha çox sterilizə olunmuş, qutu və ya UHT (Ultra High Temperature Pasteurization) kimi tanınır. İstehlakçıların bir qismi uzun ömürlü südə antibiotik və antiseptik maddələrin qatıldığına inanır. Əslində isə bu cür şübhələrin heç bir elmi əsası yoxdur. UHT dediyimiz proses, xüsusi proses olub, qəbul edilən çiy südün 2-4 saniyə müddətində 135-150℃- də qızıdırılıb, daha sonra isə 20℃-yə kimi soyudulmasıdır. Bu yolla südün çürüməsinə, xəstəliklərin yaranması və inkişafına səbəb olan bütün faktorlar aradan qaldırılır. Növbəti mərhələ steril şəraitdə qablaşdırmadır. Sonda bu məhsullar karton qutularda satışa çıxarılır. Tətbiq olunan (UHT) texnoloji prosesinin nəticəsində soyuq qida zəncirinin qorunmasına ehtiyac qalmadan bu cür süd məhsullarını 4 ay saxlamaq mümkündür.

Emal olunmuş bu cür məhsulları istehlak edərkən aşağıdakılara diqqət olunmalıdır:

1. Pasterizə olunmuş südlər, istehlak olunana kimi soyuducuda saxlanmalıdır.

2. UHT prosesindən keçmiş süd məhsulları ağzı açıldıqdan sonra istehlak olunana kimi mütləq soyuducuda qorunmalıdır.

3. Emal olunmuş südlərin uzunmüddətli saxlanması üçün boş konteynerlərə boşaldılıb saxlanmaması daha məqsədə uyğundur.

4. Sterilizə, pasterilizə olunmuş və qutu südlər alarkən istehsal və son istifadə tarixinə diqqət edilməlidir.

5. Pasterizə olunmuş südlər soyuducuda yaz-yay aylarında 4-5℃ temperaturda 1 gün, qış aylarında isə 2-3 gün saxlanıla bilər.

6. Pasterizə olunmuş südləri otaq temperaturunda saxlamaq olmaz.

7. Uzun ömürlü süd (UHT) isə, qutunun açılmaması şərti ilə, otaq temperaturunda 4 ay saxlanıla bilər.


Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR