18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Tovuzda 11 yaşlı qıza qarşı əxlaqsız etməkdə təqsirləndirilən 47 yaşlı kişi məhkəməyə çıxır
Tovuz rayonunda 11 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinən Mehrəliyev Rafiq Vaqif oğluun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Faiq Mahmudovun sədrliyi ilə keçiriləcək hazırlıq iclası aprel ayının 8-nə təyin olunub.
Qeyd edək ki, hadisə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində baş verib. İki qız məktəbdənkənar hazırlıq kursundan evə qayıdarkən ətrafda heç kimin olmamasından istifadə edən 47 yaşlı Raqif Mehralıyev sərxoş vəziyyətdə qızlara hücum edib. O, əlindəki butılkanı sındıraraq qızları hədələyib. Onlardan biri qorxaraq yaşıllıq ərazisinə qaçaraq gizlənsə də, digər qız, 11 yaşlı Ə.M.-ova qaça bilməyib. Sərxoş şəxs ona qarşı zor tədbiq edərək yeniyetməni yerə yıxıb və onu zorlamağa cəhd edib. Lakin yaxınlıqdakı şəxslərin səs-küyə gəlməsi səbəbindən məqsədinə nail ola bilməyib. Sərxoş şəxs tutularaq Tovuz rayon Polis Şöbəsinə aparılıb.
Kürək, ayaq və qollarından sıyrıq və əzik xəsarətləri alan yeniyetmə isə yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.
Rafiq Mehralıyev Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hadisələri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə təqsirli bilinib.
Aysu Əliyeva
Emtv.az