18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakıda 20 qadına qarşı əxlaqsızlıq edənin həbs müddəti artırıldı
Xətai Rayon Məhkəməsində 20 qadına qarşı əxlaqsızlıq edən Rauf Süleymanovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən irəli sürülən təqdimata baxılıb.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin olunub.
R.Süleymanovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti üç aya qədər artırılıb.
İttihama görə, ötən il sentyabrın 20-də Xətai rayon Polis İdarəsinin əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində yetkinlik yaşına çatmayan bir qıza qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən paytaxt sakini Rauf Süleymanov saxlanılıb.
Rauf Süleymanov ifadəsində Xətai, eləcə də, ətraf rayonların ərazisində 20-ə yaxın qadına qarşı bu cür hərəkətlər etdiyini bildirib.
İlkin olaraq istintaq orqanı tərəfindən Rauf Süleymanovun barəsində Cinayət Məcəlləsinin 153.2-ci (əxlaqsız hərəkətlər, eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Daha sonra əlavə olaraq Rauf Süleymanovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham verilib.
Nəzrin Abbaszadə
Emtv.az