18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Gündə neçə fincan qəhvə içə bilərik?
Çoxumuz günə onunla başlayırıq. Bir fincan qəhvə içməmiş ayılmır, özümüzə gələ bilmirik. Bunun isə elmi bir səbəbi var: Kafein enerji verir və ürəyə xeyirdir.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bunu Düsseldorf Universitetinin qəhvə üzrə təcrübə aparan mütəxəssisləri iddia edir.
Etdikləri araşdırmanın nəticəsi olaraq qəhvənin ürək damarlarına uyğun olduğunu, hətta çox fayda verəcəyini deyirlər. Çəki problemi yaşayanlar və diabet ilə mübarizə aparanlara da qəhvə içməkləri tövsiyyə olunur.
Bəs gün ərzində nə qədər qəhvə içmək olar? Mütəxəssislər deyir ki, gündə 4-6 fincan qəhvə içmək idealdır. Əgər 4 dəfədən az qəhvə içirsinizsə, bunu artırmalısınız.
Səhər oyananda, ofisdə, iclasda və axşam yeməyindən sonra tapdığınız hər fürsətdə qəhvə fincanlarını qucaqlaya bilərsiniz.
Qəhvəylə aranız yaxşı deyilsə, o zaman çarəniz yaşıl çaydır. Mütəxəssislər bildirir ki, yaşıl çay da içərisindəki kafeinə görə "qəhvə missiyası"nı həyata keçirə bilər.
Nəzrin Abbaszadə
Emtv.az