18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bir fincan qəhvə ilə həyatı dəyişən azərbaycanlı neftçi... - FOTO
Ömrü boyu yalnız çay içməyi xoşlayan azərbaycanlı mühəndis, neftçi Cavid ilk dəfə Rusiyada qəhvənin dadına baxıb və bu, onun həyatında dönüş nöqtəsi olub. BƏƏ-nin Abu-Dabi şəhərində neft sənayesində işləməyə gəlib və burada "45 Coffee Roasters" adlı kafeni açıb.
Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, "Abu Dhabi World" nəşrinin müxbiri gənc Cavidlə söhbətləşib. O, müsahibəsi zamanı əslən Azərbaycandan olduğunu bildirib.
"Gənc yaşlarımda bir dəfə qəhvə alıb dadına baxdım, bəyənmədim. Çox acı idi. Mən onun, həqiqətən, bu dadda olduğunu bilmirdim. Düzünü desəm, əvvəllər çaya üstünlük verirdim.
Sonra bir gün - 7 il əvvəl Moskvaya getdim. Çox soyuq idi, qəhvə kafesinə girib çay sifariş verdim. Orada isə çay verilmirmiş. Mənimlə üzbəüz əyləşən müştərinin nə isə içdiyini gördüm. İçki qəhvəyə oxşamırdı. Sonra bunun xüsusi üsulla hazırlanmış qəhvə olduğunu bildim. Birincini içib bitirməmiş, ikincini sifariş verdim. Daha sonra ABŞ-dan xüsusi kofe aparatı sifariş etdim. İşdə özüm üçün eksperimentlər edirdim. İlk günlər istədiyim kimi alınmırdı. Lakin yavaş-yavaş bu işi yaxşı bacardığımı gördüm. Ətrafımdakı insanlar dəmlədiyim qəhvələri bəyənirdilər. Bu işi böyütməyi düşünüb Abu-Dabidə "42 Coffee Roasters"i açdım".
Cavid hazırda Abu-Dabinin ən populyar qəhvə kafesi olan "42 Coffee Roasters"ə gələn hər müştəri üçün qəhvə gətirərək onlardan dadını soruşduğunu, bu istiqamətdə həm də dostluq şəbəkəsi yaratdığını söyləyib.
Nəzrin Abbaszadə
Emtv.az