SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Bu obada cəmi bircə şagird var, o da hər gün 5 km piyada gedir

29-03-2019, 10:13 | Oxunub: 12 796 |

Bu obada cəmi bircə şagird var, o da hər gün 5 km piyada gedir

Bərdə rayonunda müvəqqəti məskunlaşan, Laçın rayonundan olan məcburi köçkün 13 yaşlı Əli Rəsul oğlu Hümbətov məktəbə getmək üçün hər gün təxminən 5 km aralıda yerləşən Zərdab rayonuna üz tutur.

Emtv.az yerli mətbuata istinadən bildirir ki, məktəb yolunun bir hissəsi Kür çayından keçir. Bizimlə söhbətində Əli Hümbətov bildirdi ki, 5 ildir Kür çayını qayıqla keçərək Zərdab rayonunun Miqdar Umudov adına Xasa kənd orta məktəbinə gedir Bu illər ərzində havanın isti və soyuq olmasına baxmayaraq çalışıb ki, dərsdən qalmasın.

Ancaq hava küləkli olanda Kür çayı keçilməz olur. Belə hava şəraitində Əli məcburən dərsdən qalsa da, sinif yoldaşları və müəllimləri keçmədiyi dərsləri öyrənməkdə ona köməklik edirlər.

Səhər saat 7 də evdən çıxan 5-ci sinif şagirdi bir saat sonra, saat 8 də məktəbdə olur. Məsafə uzun olsa da, dərsə gəcikmir. Əksinə hamıdan tez məktəbdə gəlir. Dərslərini yaxşı oxuyan Əli əlaçıdır.O, gələcəkdə polis olmaq istəyir.

Qeyd edək ki, Baba meşə ərazi Bərdə rayonunun ən ucqar yaşayış məntəqəsindən təxminən 25 km aralıda yerləşir. Sözü gedən ərazidə 10-dək məcburi köçkün ailəsi məskunlaşıb. Onların hamısı təsərrüfatla, heyvandarlıqla məşğuldurlar.

Ərazidə məktəbli şagird isə yalnız Əli Hümbətovdur. Əli deyir ki, məktəbin müəllimləri, şagirdləri o cümlədən kənd camaatı ona çox qayğı və sevgi göstərirlər.

Zərdab rayon Miqdar Umudov adına Xasa kənd ümumi orta məktəbində isə 80 nəfər şagird təhsil alır ki, onların təlim tərbiyəsi ilə 17 nəfər pedaqoq məşğul olur

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR