17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakıda orta məktəbdə kütləvi zəhərlənmə: 50 şagird, 4 müəllim…
Xəzər Universitetinin nəzdində yaradılmış, “Dünya” məktəbi təlim-tərbiyə müəssisəsində kütləvi zəhərlənmə baş verib.
Emtv.az xəbər verir ki, unikal.org-a daxil olan məlumata görə, zəhərlənmə “Dünya” məktəbinin şagirdləri arasında baş verib.
Belə ki, ötən həftəsonu məktəbin bufetində yemək yeyən uşaqlar sonradan özlərini piss hiss etməyə başlayıblar. Zəhərlənən şagirdlər valideynlərinin köməkliyi ilə Bakıda xəstəxanalara yerləşdirilib və onların mədə-bağırsaqları yuyulub.
“Dünya” məktəbi təlim-tərbiyə müəssisəsinin direktoru Mərufə MədətliUnikal.org-a açıqlamasında baş verən hadisəni belə şərh edib:
“Bu hadisə ötən həftə baş verib. Hazırda 50 şagird və 4 müəllimimiz səhhətləri ilə əlaqədar məktəbə gəlmirlər”.
M.Mədətli baş verən hadisəni zəhərlənmə ilə deyil, qrip virusu ilə əlaqələndirib:
“Şagirdlərimiz qripə yoluxublar. Ona görə, dərsə gəlmirlər. Valideynlər isə övladlarının məktəbdə yedikləri qidadan zəhərləndiyini bizə deyirlər. Bəzi valideyinlər var ki, baş verən hadisəyə görə, qorxudan uşaqlarının məktəbə gəlməsinə icazə vermirlər. Bu məsələ ilə bağlı araşdırma aparılır. Şagirdlərə verilən qidadan nümunələr götürülərək, Binəqədi Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilib”.
Binəqədi Rayon Gigiyena və Epidemeologiya Mərkəzinin şöbə müdiri Mülayim Abıyeva deyib ki, paytaxt salatı və digər qidalardan nümunələr götürmüşük: “Bu həftənin sonuna kimi, nümunələrin nəticəsi açıqlanacaq. Bundan sonra biləcəyik ki, şagirdlərin zəhərlənməsi nədən baş verib”.
Emtv.az