18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakıda avtobus dəhşətli qəza törətdi: 2 nəfər yaralanıb - YENİLƏNİB
11:24
Bakının Qara Qayarev prospektində 40 saylı avtobusun törətdiyi zəncirvari qəza nəticəsində 2 nəfər xəsarət alıb.
Emtv.az bildirir ki, Səhiyyə Nazirliyindən yerli mətbuata verilən məlumata görə, qəza nəticəsində 30 yaşlı kişi döş qəfəsinin küt travması diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib. O, ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.
Qəza nəticəsində yüngül xəsarət alan 72 yaşlı kişiyə isə yerində yardım göstərilib.
Qeyd edək ki, bu gün 40 saylı avtobus idarəetməni itirərək bir neçə avtomobilə çırpılıb.
10:03
"8-ci kilometr bazarı"nın önündə marşrut avtobusu zəncirvari qəza törədib.
Hadisə şahidlərinin axar.az-a verdiyi məlumata görə, yüksək sürətlə idarə olunan avtobus idarəetmədən çıxıb və piyada keçidində dayanan maşınlara çırpılıb, daha sonra digər maşının üstündən keçib. Nəticədə 4 maşına ciddi ziyan dəyib.
Hadisə yerinə təcili yardım və xilasetmə maşınları cəlb edilib.
Yaralananlar var.
Nəzrin Abbaszadə
Emtv.az