18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Yüksək təzyiqdən əziyyət çəkirsinizsə, bu meyvələri yeyin
Meyvələr hipertoniyanın müalicə üçün effektiv vasitələrdən biridir.
Şirin meyvələr tərkibindəki mikroelementlər sayəsində qan təzyiqini aşağı sala bilir.
Emtv.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, kokos suyundan çox istifadə təzyiq xəstəliyindən əziyyət çəkənlər üçün yaxşı dərmandır.
Duzlu qidalar natriumun yüksək sıxlığı səbəbindən suyun bədəndən çıxmasının qarşısını alır. Kaliumla zəngin meyvələr isə su-duz balansını bərpa etməyə imkan verir. Kokosun tərkibi kaliumdan əlavə, manqan, maqnezium və kalsiumla da zəngindir.
Banan da təzyiqin qarşısını alan meyvələrdən biridir. Bir bananda təxminən 422 mq kalium var. Hipertoniklərin menyusunda avakado da olsa yaxşıdır.
Portağal, limon, naringi, qreypfrut da təzyiqə kömək edən meyvələrdəndir.
Həkimlər eyni zamanda təzyiq xəstəliyindən əziyyət çəkənlərə moruq, çiyələk, qarağat də yeməyi məsləhət görürlər.
Nəzrin Abbaszadə
Emtv.az