SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Metropolitendə İLK DƏFƏ - Fərqli solo konsert olacaq

18-03-2019, 18:35 | Oxunub: 9 889 |

Metropolitendə İLK DƏFƏ - Fərqli solo konsert olacaq

Novruz bayramında iki fərqli musiqi proqramı olacaq.

Bahar bayrmının gəlişi "Bakı Metropoliteni" QSC-də bu il də fərqli sosial layihələrlə zəngin olacaq.

Emtv.az xəbər verir ki, Qurumdan verilən məlumata görə, sosialyönümlü tədbirlərdən biri ənənə üzrə konsert proqramı ilə bağlı olacaq. Lakin əvvəlki illərdən fərqli olaraq, budəfəki repertuarda daha bir yenilik ediləcək.

Novruz Bayramı günlərində sərnişinlərinə yüksək ovqat bəxş etmək üçün, həmçinin fərqli zövqləri nəzərə alaraq, konsert proqramına pianoçunun solo konserti də daxil edilib.

Mart ayının 19-u və 20-sində saat 16:00-dan 18:00-a qədər "İçərişəhər" stansiyasında beynəlxalq müsabiqələr laureatı pianoçu Fuad Əlizadə çıxış edəcək. İki saat ərzində onun sintezator ifasında Azərbaycan xalq və bəstəkar musiqisi nümunələrini, eləcə də məşhur dünya bəstələrini eşitmək mümkün olacaq.

Bununla yanaşı, xüsusi əlamətdar günlərdə "Bakı Metropoliteni" QSC-nin sərnişinlərə ərməğan etdiyi ənənəvi konsert proqramı da səsləndiriləcək. Milli muğam üçlüyü və instrumental kvartetin ifasında Azərbaycan və dünya musiqi sənətinin inciləri canlı olaraq təqdim ediləcək. Hər iki proqramda Novruz bayramının ovqatına uyğun musiqi parçaları üstünlük təşkil edəcək. Milli muğam üçlüyü Azərbaycan Milli Konservatoriyasının, simli kvartet isə Bakı Musiqi Akademiyasının tələbə və məzunlarından ibarət kollektivlərdir.

Konsert mart ayının 19-dan 21-nə qədər dörd stansiyada nəzərdə tutulub.

Musiqili dəqiqələrin afişası belədir:

- "28 May" stansiyası - 11:00 - 13:30

- "Sahil" stansiyası - 12:00 - 13:30

- "İçərişəhər" stansiyası - 13:00 - 14:30

- "Elmlər Akademiyası" stansiyası - 14:00 -15:30

Konsert proqramlarının təşkilində əsas məqsəd bayram günlərində sərişinlərdə yüksək bayram əhval-ruhiyyəsi yaratmaq, həmçinin şəhərimizə təşrif buyurmuş qonaqlara milli mədəniyyətimizin zəngin irsini tanıtmaqdır.

Elnur Abbasov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR