17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakı metrosunda retro vaqonlar olacaq, kosa və keçəl isə hədiyyə paylayacaq
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti Novruz bayramı ilə əlaqədar tədbirlər planı hazırlayıb.
Emtv.az xeber verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, 19-20 mart tarixlərində retro vaqonlar yenidən xəttə buraxılacaq: "Retro vaqonlardan ibarət qatar tərkibi bayram günlərində xəttə buraxılacaq. Həmin qatar tərkibi SSRİ metropoliteninin "A" tipli vaqonu, 1956-cı ildə istehsal olunan "B" tipli və 1970-ci illərdə istehsal olunan "E-J" tipli vaqonlardan ibarət olacaq".
B.Məmmədovun sözlərinə görə, bu bayramda metroda sərnişinləri daha əyləncəli proqram gözləyir: "Bu vaxta qədər Novruz bayramı ərəfəsində metro stansiyalarında yalnız konsert proqramları olurdu. Bu il isə konsert proqramları ilə yanaşı, bayram günlərində metroda elektron musiqi də səsləndiriləcək. İlk dəfə olaraq metroda keçəl və kosa da olacaq. Bu rolları peşəkar aktyorlar ifa edəcəklər. Kosa və keçəl azyaşlılara bayram hədiyyələri paylayacaq. Bayram tədbiri martın 19-da, saat 14:00-da "İçəri Şəhər" stansiyasında başlayacaq".
Elnur Abbasov
Emtv.az