18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Cinsi münasibətin sağlamlığa İNANILMAZ TƏSİRİ AŞKARLANDI
"Normal cinsi aktivlik böyrək daşlarının düşməsində 80 faiz rol oynayır".
Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu türkiyəli uroloq Tevfik Sarıkaya deyib.
Türkiyə elm adamları tərəfindən aparılan bir araşdırmaya görə, həftədə 4-5 dəfə sekslə məşğul olmaq 5 mm qədər ölçüdə olan böyrək daşlarının düşməsinə yardım edir.
Həddindən az maye qəbulu, proteinlə zəngin qidalar yemək və duz böyrəklərdə daşların başlıca yaranma səbəblərindəndir. Onun müalicəsi isə daşın ölçüsündən asılıdır. Professorun sözlərinə görə, 5 mm qədər olan daşlarsidik kanalına düşüb oradan da bədəndən xaric edilə bilir. Lakin bu zaman şiddətli ağrılar xəstəyə əziyyət verir.
Buna görə də ölçüsü 5 mm-ə qədər olan daşlarla bağlı tibbi araşdırma aparılıb. Xəstələr 3 qrupa ayrılıb. Birinci qrupda sadəcə ağrıkəsici ilə müalicə olunanlar 2 həftə boyunca gözlədilib. İkinci qrupda daşların düşürülməsi üçün prostat dərmanları istifadə edilib. Üçüncü qrupda yer alanlara isə həftədə 3-4 dəfə sekslə məşğul olmaq tövsiyə edilib. Beləliklə, sonuncu qrupda yer alanlar 80 faiz müsbət nəticə göstərib. Sadəcə prostat dərmanları istifadə edənlərdə 45 faiz müsbət irəliləyiş qeydə alınıb. Sadəcə ağrıkəsici qəbul edib daşın özünün düşməsini gözləyənlərin nəticəsi 30 faiz olub.
Nəzrin Abbaszadə
Emtv.az