SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Novruz bayramı ərəfəsində imzalanan əfv sərəncamı Prezident İlham Əliyevin humanizm siyasətinin bariz göstəricisidir

17-03-2019, 18:44 | Oxunub: 10 682 |

Novruz bayramı ərəfəsində imzalanan əfv sərəncamı Prezident İlham Əliyevin humanizm siyasətinin bariz göstəricisidir

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, B.Quliyev bildirib ki, bu siyasət artıq ənənə halını alıb və Novruz bayramı ərəfəsində əfv sərəncamının 431 nəfərə şamil olunması həmin siyasətin bariz sübutudur: "Prezident İlham Əliyev yürütdüyü siyasətdə daim insan amilinin prioritet təşkil etdiyini vurğulayır. Bu baxımdan humanizm prinsipinə söykənən əfv sərəncamları da sözügedən faktoru tamamlayır. Artıq Novruz bayramı ilə əlaqədar möhtərəm Prezidentimiz əfv sərəncamı imzaladı və bu, kifayət qədər insana şamil olundu ki, onlar da bu bayramı öz evlərində, isti ailə ocaqlarında keçirsinlər".

Ekspert daha bir maraqlı məqama da toxunaraq qeyd edib ki, zaman-zaman Azərbaycanda mövcud demokratik dəyərlərə qərəzlə yanaşan bir sıra dairələr nədənsə bu cür mühüm sərəncamlara heç bir münasibət bildirmirlər:

"Nədənsə belə təşkilatlar bu cür humanist addımlar atılanda səslərini çıxarmırlar. Təbii ki, belə humanist addımları dilə gətirmək, Azərbaycanda humanizm siyasətinin hətta digər aparıcı dövlətlərə nümunə olduğunu etiraf etmək onlara sərf etmir, çünki nə qədər bu məsələləri gizlətsələr, onlara bir o qədər sərfəlidir. Ona görə, bir amilə də toxunmaq istərdim ki, onların humanizm prinsipləri heç vaxt olmayıb və yoxdur. Onların prinsipi odur ki, Azərbaycana qarşı qarayaxma kampaniyaları aparsınlar. Ancaq gördüyümüz kimi, müstəqil siyasətimiz və sosial sahədə uğurlarımız, aparılan inqilabi islahatlar bizi istəməyənləri susdurur".

B.Quliyev vurğulayıb ki, Prezident İlham Əliyevin yürütdüyü və sosial ədaləti təmin edən humanizm siyasəti davam edəcək: "Artıq vətəndaşlar da şahiddir ki, Prezident xalqın yanındadır və hər an hər bir problemi şəxsən həll etməyə hazırdır. Bu gün məhbus ailələrini sevindirən cənab İlham Əliyev sözügedən əfv sərəncamı ilə öz ardıcıl humanist siyasətini bir daha nümayiş etdirdi".

Qeyd edək ki, martın 16-da Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Əfv sərəncamı, o cümlədən, 14 xarici vətəndaşa şamil olunub

Elnur Abbasov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR