18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Elçin 2 ildir boşanıb, əlaqəsi olsaydı, Aysellə evlənərdi” - Vəkil danışdı
Son günlər media gündəmini zəbt edən müğənni Aysel Əlizadənin də adı hallan ailə münaqişəsi ilə bağlı ittiham olunan iş adamı Elçin Nəcəfovun vəkili iddialara münasibət bildirib.
Emtv.az xəbər verir ki, vəkil Xəyal Bəşirov yerli mətbuata açıqlamasında bildirib ki, müvəkkili E.Nəcəfov və Turanə Nəcəfova 2004-cü ildə rəsmi nikaha daxil olublar, 2 il əvvəl isə rəsmi olaraq boşanıblar:
"Elçin Nəcəfovun ailəsinin nikahını pozan müğənni Aysel Əlizadə deyil. Bu iddia əsassızdır, elə olsaydı, onlar bu iki il ərzində evlənərdilər. Hazırda Aysel Türkiyədə, Elçin isə Bakıda yaşayır. Bu da sübut edir ki, bu iki şəxsin ən azından bu gün münasibəti yoxdur".
X.Bəşirov uşaqların qəyyumluğu ilə bağlı da danışıb:
"Ali məhkəməyə qədər uşaqların anada qalması qərarı qüvvədə olub. Məhkəmə prosesi zamanı böyük uşağın 9 yaşı var idi, ama indi 11 yaşı var. 2018-ci il oktyabrın 1-də Zeynəbin 10 yaşı tamam oldu, qərar isə oktyabrın 18-də verildi. Qanunvericiliyə görə, uşağın 10 yaşı tamam olduqdan sonra özünün fikir mütləq dinlənilməli və nəzərə alınmalıdır. Amma Ali Məhkəmədə bu nəzərə alınmayıb. Zeynəb aşağı isntansiya məhkəmələrində də anasından qorxduğunu, onu istəmədiyini deyib. İndi də atası ilə qalmaq istədiyini bildirir. Sadəcə, həmin zaman 10 yaşı tamam olmadığı üçün fikri nəzərə alınmayıb. Uşağın 10 yaşı tamam olduqdan sonra biz yeni iddia qaldırdıq və hazırda Nərimanov rayon məhkəməsində iş gedir. Zeynəbin anasına verilməsinin icra olunmamasına gəldikdə isə biz yeni iddia qaldırdığımız üçün qərarın icra olunması məcburi dayandırılıb. Bu qanunun tələbidir.
Qarşı tərəf icra məmurlarının öhdəliklərini yerinə yetirmədiyini deyir, ama həmin məmurlar Elçin Nəcəfovdan 15 gün ərzində 10 min manata yaxın aliment tutub qarşı tərəfə ödəyiblər".
Vəkil müvəkkilinin biznesi və varidatı haqda da açıqlama verib:
"Elçin Nəcəfovun avtosalonu yoxdur, sadəcə obyekt icarəyə götürüb işlədir. Maşınını satmaq istəyən şəxslərin avtomobillərini həmin salona qoyaraq satışını təşkil edir. Onun tikinti şirkəti olması, Ayselə "Porshe" alması yalan məlumatdır. Elçin Nəcəfov milyonçu deyil, o maşın da Ayselin özünündür. Məhkəmədə mülkiyyətin bölüşdürülməsi zamanı da Elçin Nəcəfovun varidatı rəsmi olaraq ortaya çıxdı. Cəmi iki əmlak müəyyən olundu. Bakıdan kənarda yerləşən torpaq sahəsi və "kupça"sı olmayan mənzil var idi. Biz qarşı tərəflə razılığa gəldik ki, Türanə Nəcəfovaya bir mənzil alınacaq və bununla da barışıq sazişi imzalandı".
Qeyd edək ki, T. Nəcəfova dünən "Səni axtarıram" verilişində müğənni Aysel Əlizadənin həyat yoldaşı Elçinlə münasibəti olduğunu və onu ailəsini dağıtmaqda ittiham etmişdi.
Nəzrin Abbaszadə
Emtv.az