18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
"Qızımla danışdığım yerdə Aysel telefonu əlindən aldı, səsi kəsildi" - FOTO
13 illik əri Elçin Nəcəfovun müğənni Aysel Əlizadə tərəfindən əlindən alındığını iddia edən Turanə Nəcəfova daha bir iddialı açıqlaması ilə "Səni axtarıram" tamaşaçılarını məəttəl qoyub.
Emtv.az xəbər verir ki, Turanə 2017-ci ildə məhkəmə qətnaməsindəki "İki azyaşlı qızlar anasında qalsın" qərarından sonra Elçinin böyük qızı Zeynəbi ondan uzaq saldığını deyib:
"Qızım Zeynəbi özü ilə Gürcüstana apardı. Yanvarın 6-sı gəldi. Dedim "qızım hanı?" dedi ki, "Zeynəb yoxdur, daha gəlməyəcək. Səni istəmir. Balaca qız Mədinəni də götür get. Sən özün də bilirsən ki, mənim başqa sevdiyim qadın var. Mən artıq səni istəmirəm, evdən çıx. Bilmirsən ki, mənim sevdiyim var?! Sənə deyirəm çıx, durub üzümə baxırsan. Sənə daha necə deyim çıx evdən?! Dedim "Sən çıx, mən övladlarımı böyüdüm. Hanı övladım, hara aparmısan?" "Atam gildədi" dedi. Atasına zəng etdim, "Bizə gəlməyib" cavabını verdi. Sonra qardaşı Şahingilə zəng etdim, onlar da Zeynəbin orada olmadığını dedilər.
Qızımın telefonuna yığıram, görürəm "zanit" gedir. Axırda gördüm uşaq götürdü, ağlaya-ağlaya qızımın səsi gəlir. "Mama, mama" ağlayır. Soruşdum "Qızım hardasan sən, mənə cavab ver", səs kəsildi, telefon əlindən alındı. Telefonu əlindən yanındakı Aysel xanım aldı. Bu söhbət evdə gedə-gedə yoldaşıma tez-tez zəng gəlirdi ki, "uşaq ağlayır, uşaq ağlayır". Yoldaşım da ona deyirdi "Sən onu başa sal". Gördüm sonra dedi "Ver telefonu uşağa". Telefon əlində keçdi o biri otağa, başladı onunla nəsə danışmağa. Uşaq səsin kəsdi".
Nəzrin Abbaszadə
Emtv.az